Düz danışmağın insana 6 müsbət təsiri...

Düz danışmağın insana 6  müsbət  təsiri...
Hər bir bəyənilən sifət dəyər və əhəmiyyətə malik olar. Düz danışmaq – ən ali sifətlərdən olub, insana təsir etmək qabiliyyətinə sahibdir. (Həvzəh)
 
 
 
Düz danışmağın insana təsirləri ilə tanış olaq:
 
 
 
1. Allahla birlikdə olmaq. İmam Baqir (ə) buyurur: “Düz danışın ki, Allah doğruluqladır”.
 
2. Rəftarlarının pak olması. İmam Kazım (ə) buyurur: “O kəsin ki, dili düz danışar, rəftarı pak olar”.
 
 
 
3. Nicat və salamatlıq. Əmirəl-möminin (ə) buyurur: “Düz danışmağın sonu – nicat və salamatlıqdır”. Əgər insan doğru danışan olarsa və bu sifətlə tanınarsa, insanların etimadını qazanar və insanlar onun dediklərini doğru hesab edər.
 
4. Böyük məqam. İmam Əli (ə) buyurur: “Doğru danışın. Çünki hər kim danışığında doğruçu olarsa, məqamı böyük olar”.
 
 
 
5. Dünya və axirət xeyiri. Əmirəl-möminin (ə) buyurur: “Dörd şey vardır ki, əgər kiməsə bağışlanarsa (ona) dünya və axirət xeyiri bağışlanmış olar. Düz danışmaq, əmanəti qaytarmaq, mədəni (haramdan) saxlamaq, xoş əxlaq”.
 
6. Axirət mükafatları. Qurani-Kərimdə buyurulur: “Allah buyurar: «Bu doğruçulara (əqidə, danışıq və əməldəki) düzlüklərinin fayda verdiyi bir gündür. Onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər vardır, orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Budur böyük uğur!»”. (“Maidə” 119).
 
 
/Deyerler.org/

Tarix: 6-07-2021, 08:56
Xəbəri paylaş



Xəbər lenti