Bakıda yazıçı ərik dərdi, sahibi hücum etdi – “Rəfiqəm olmasa idi...”



Yazıçı Aysel Əlizadə ərik dərdiyinə görə hücuma məruz qalıb.
 
Pravda.az-ın xəbərinə görə, bu barədə A.Əlizadə özü məlumat verib.
 
“Təbiətə qarşı həssasam; harda gül, meyvəli ağac, yaşıllıq görsəm, sevincək yaxınlaşıram. Bir binanın önündən keçərkən açıqlıqda ərik ağacı görüb meyvəsini dərdim. Birinci mərtəbədən kişi çıxıb üstümə qışqırdı. Elə sayğısız tonda elə nifrət dolu üz ifadəsi ilə danışırdı ki, ərik əlimdə ona mat-mat baxdım. İstədim vəziyyəti yumşaldım, olmadı. Gərginlik artdı. Eyvanın pilləkənindən düşüb təhdidlə üstümə cumdu. Rəfiqəm olmasa, bəlkə də mənə əl qaldırardı. Bir ərikdən ötrü… Belə adamları çox görmüşük. Onlar ağacdan meyvə dərdikləri üçün uşaqları güdüb tutub döyürlər, bağırırlar. O meyvələr çürüyüb tökülsə də heç kimi ağaca yaxın buraxmırlar, bölüşmürlər. Kişi üstümə gələndə şok keçirdim. Həyəcanla 102-yə yığdım. Dərhal ərazi bölməsindən geri dönüş etdilər. Ərizə yazıb evə gəldim. Möhkəm stress yaşadım. Durduq yerdə işə düşmək buna deyilir. Ərizədə həm gülməli, həm absurd mənzərə alınırdı: “Küçədə ərik dərərkən…” Şikayət etdim ki, dərs alsın, küçədə adamları təhdid etməsin” – A.Əlizadə bildirib.
Tarix: 14-06-2021, 08:25
Xəbəri paylaş



Xəbər lenti