Marsda tarix yazılır...


Marsda tarix yazılır...
"Ingenuity" helikopteri cümə günü beşinci uçuşunu həyata keçirib
 
Bu səfər helikopter 10 metr yüksəkliyə çıxaraq ilk dəfə Mars səthində yeni yerə keçib. Uçuş 108 saniyə davam etdi. Helikopter 129 metr cənub istiqamətində hərəkət edib. "Ingenuity" enişdən əvvəl rəngli fotoşəkillər çəkib. Əvvəlki dörd uçuş zamanı vertolyot həmişə start yerinə qayıdırdı.
 
"Ingenuity"nin uçuşu zamanı ilk dəfə olaraq helikopterin pərvanələrinin səsi yazılıb. Əvvəllər planetdə atmosferin seyrək olması səbəbindən aparatın uçuş səsini yaza biləcəklərinə əmin deyildilər. "Yaxşı sürpriz oldu. Bu yazı bizə Mars atmosferini anlamaqda faydalı olacaq", - deyə Fransanın Tuluza şəhərindəki ISAE-Supaero universitetinin professoru David Mimun qeyd edib.
 
"Ingenuity" 1,8 kiloqram ağırlığında miniatür dron kopterdir. Onun ilk uçuşu aprelin 19-da baş tutdu və təxminən 20 saniyə davam etdi. O uçarkən Mars gəmisi helikopterin aldığı şəkilləri və məlumatları Yerə çatdırırdı.
 
Yaxın həftələrdə NASA daha bir neçə uçuş etməyi, sonra isə nəticələri qiymətləndirməyi planlaşdırır.

Tarix: 8-05-2021, 18:39
Xəbəri paylaş



Xəbər lenti