"Mən ixtisasca müsiqi müəlliməsiyəm, ancaq əl işləri hazırlamağı daha çox sevirəm, uşaqlıqdan buna həvəsim var. Rəsmlərə, əl işlərinə, keramika ilə qab bəzəməyə çox meyilli idim. Elə o illərdən bu işlə məşğul oluram. İlk işlərimdə parça üzərində rəsmlər çəkirdim və onu iynə sapla bəzəməklə doldururdum. Ancaq bir müddət sonra keramikaya məndə həvəs yarandı"
Bunu Moderator.az-a incəsənətə böyük həvəsi olan Günay Mahmudova deyib. O daha sonra sabun hazırladığını bildirib və bu işə necə başladığından danışıb.
"Artıq bir ildir ki, həm də sabun hazırlayıram. Xarici saytları tez-tez izləyirdim, bir dəfə izləyəndə orada fərqli sabunları gördüm və qərara gəldim ki, niyə bizdə bu cür sabunlar hazırlanmır?! İlk hazırladığım sabun dekorativ idi, daha çox gül çələngləri idi. Sonra kəsmə sabunlar hazırlamağa başladım. Mən bu sabunları hazırlayıb, fərqli çəkilişlərlə təqdim edirdim. Bir çox insan elə bilirdi ki, bunlar sabun yox, şirniyatdır. Mənə yazırdılar ki, nə fərqli şirniyyatlardır (gülür). Yaxınlarım məni zarafatca bu əsrin Cəbiş müəllimi adlandırır. Bir çox işlərlə məşğul olan xanımam amma sabun işini çox sevdim. Sanki bu mənə aid peşədir, işimdən çox zövq alıram. Mən qoxuları, ətirləri çox sevirəm. Sabunlar da quruduqca, rəngdən-rəngə dəyişildikcə daha da sevinirəm. Bu işə başlayanda düşünmürdüm ki, yaxınlarım, ailəm, ən əsası həyat yoldaşım bu işə sahiblənməyimə razılıq verəcək. Onlar da, özüm də elə bilirdim ki, sadəcə ötəri bir həvəsdir.Həyat yoldaşım və qızlarımın dəstəyi sayəsində mən bu gün əl işlərimlə fəxr edib, sevinirəm" deyə Günay Mahmudova bildirib.
Müsahibimiz sabun hazırlamağın texnikasından da danışıb.
"Dekorativ sabunlar, kəsmə sabunlar və şamlardan ibarət olan əl işlərim də var. Sabunları təbii üsulla hazırlayıram. Təbii yağlardan, bitki yağlarından, təbii qoxulardan, təbii boyalardan istifadə edirəm. Hamam aksesuarı olan sabunlar da hazırlayıram. Əvvəlcə sobium maddəsinin qramını çəkirik, 140 qram olmalıdır. Soyuq suya sobium əlavə ediləndə istilik prosesi əmələ gəlir. Heç bir istiliyin üzərinə qoyulmadan soyuq buz əlavə edilmiş soyuq suya, bu sobium qatılır. Bu zaman sobiumun 40-42 dərəcəyə düşməsini gözləyirəm.
Sabunların tərkibində kakos kakao, zetyun və qlisirin yağı var. Bu qarışım quruduqdan sonra sabunlarımızı istədiyimiz rəngdə hazırlayıb, müxtəlif qablara qoyuruq. Sabunların hazırlanmasında təbii meyvə qurularından, ədviyyatlardan, kofelərdən, kakaolardan da istifadə edirəm" deyə müsahibimiz bildirib.
Tarix: 8-05-2021, 10:36