“Toyuğun döş əti (file) sinirləri gücləndirir və arıqlamağa kömək edir”.Bunu Diyetoloq Olga Korablyova deyib.
O bildirb ki, 100 qram toyuq döşündə yalnız 160-170 kalori var.
“Mədə-bağırsaq traktını qıcıqlandırmayan, qastrit və ya pankreatit kimi xəstəliklər üçün təsdiqlənmiş pəhriz məhsuludur. Ancaq ət dərisiz bişməlidir, pörtlənməlidir və ya ızgara edilməlidir”.
Toyuq döşündə fosfor, kalsium, dəmir, həmçinin B vitaminləri var. Bu tərkibi sayəsində sinir sisteminə faydalı təsir göstərir. İmmunitet sistemini, sümükləri, dişləri və dırnaqları gücləndirir, Eyni zamanda əzələlərin böyüməsinə kömək edir”.
“Toyuq döşünü hər gün yemək olar. Əzələlərə və sümüklərə müsbət təsir göstərəcək. Qalan günləri balıq, ət və bitki mənşəli protein mənbələri ilə əvəz edərək həftədə iki-üç dəfə quş ətini pəhrizə daxil etmək daha yaxşıdır. Sağlam pəhrizin əsas prinsipi onun müxtəlif olmasıdır”, – deyə Korablyova vurğulayıb.
Tarix: 7-05-2021, 11:45