"Cəmiyyətdə qoyulan qaydalara, dövlətin qanunlarına zidd gedərək toplu şəkildə iftar süfrələri təşkil edərək İslamdan bu cür istifadə etmək dinə qarşı hörmətsizlikdir". Bunu
Pravda.az-a açıqlamasında dini məsələlər üzrə ekspert
Rafiq Əliyev deyib.
R.Əliyevin sözlərinə görə, İslamda belə bir qayda-qanun var ki, əgər ictimai şərait imkan vermirsə, insanlar öz imanını öz daxilində saxlamalıdır: "Ümumiyyətlə, restoranda xeyriyyəçilik məqsədilə çoxlu insanları toplayıb iftar süfrəsi açmaq İslamda qəbuledilməzdir. İslam insanlar, cəmiyyət və dövlət üçün yaranıb, mücərrəd bir din deyil. Cəmiyyətdə qoyulan qaydalara, dövlətin qanunlarına zidd gedərək İslamdan bu cür istifadə etmək dinə qarşı hörmətsizlikdir. Bu səbəbdən, bu cür hallar yolverilməzdir. Əgər kiminsə yaxşılıq etmək iddiası varsa, kimsəsizlər evinə, həbsxanalara gedib ehtiyacı olanlara kömək etsinlər: bir qoyun aparıb versinlər, ehtiyacı olanlar kəsib yesin. Beləcə, xeyriyyəçi də rahat olsun ki, bu, mənim iftar payımdır. Təkrar edirəm, xüsusilə pandemiya dönəmində hardasa toplaşaraq iftar süfrəsi açmaq İslama və dövlətin qanunlarına ziddir".
Tarix: 5-05-2021, 16:07