Yeni körpü ilə pandemiyadan mənfi təsirlənən bölgəyə turistləri cəlb etmək mümkün olacaq Portuqaliyada dünyanın ən uzun piyada asma körpüsü olan “516 Arouca” istifadəyə verilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, körpü yerdən 175 metr yüksəklikdə hazırlanıb. Asma körpü ölkənin cənubundakı Aguieiras Şəlaləsi ilə Paiva Boğazını birləşdirən Arouca qəsəbəsindəki Arouca Geoparkında yerləşir. Qiyməti 2.8 milyon dollar olan körpüdən keçidin 10 dəqiqə çəkdiyi bildirilir. Şəlalə və vadi mənzərəli körpünün inşasının 3 il çəkdiyi qeyd edildib. “516 Arouca” adlanan körpüdən keçən ilk şəxsin 42 yaşlı Hugo Xavier olduğu deyilib. Fotoları təqdim edirik
Tarix: 2-05-2021, 10:51