Putin Şoyqu ilə təbiətin qoynuna çıxıb: Tayqa boyunca gəzdilər





 Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin ölkəsinin hansı bölgələrini daha çox sevdiyindən bəhs edib. 

Sputnik Azərbaycan xəbər verir ki, "Rossiya 1" telekanalına müsahibəsində Peskov deyib ki, Rusiya Prezidenti Sibiri hər yerdən çox sevir.

"Digər tərəfdən, o, Uzaq Şərqi də ziyarət edir, Soçini və Krasnaya Polyananı sevir. Putin Krımı da çox sevir. Bütün bu bölgələrin içində Rusiya Prezidenti ən çox Sibiri sevir", - Peskov deyib. 

Peskov onu da qeyd edib ki, mart ayının sonunda prezident Müdafiə naziri Sergey Şoyqu ilə birlikdə bir həftə sonunu Sibirdə keçirib.

"Tayqa boyunca gəzdilər. Şoyqu Putinə hobbi olaraq quru ağacları emal etmək və onlardan əl işləri yaratmaqla məşğul olduğu atelyesini göstərdi", - Peskov əlavə edib.

Xatırladaq ki, Putin doğum günlərini də təbiət qoynunda ov edərək keçirməyi çox sevir. Son illərdə onbu belə səyahatlərində adətən Sergey Şoyqu müşayiət edir. 
Tarix: 18-04-2021, 23:14
Xəbəri paylaş



Xəbər lenti