DÜNYADA İLK: Dadlı, ucuz, yeməli koronavirus peyvəndi hazırlandı - FOTO


DÜNYADA İLK: Dadlı, ucuz, yeməli koronavirus peyvəndi hazırlandı - FOTO

Rusiyada yeməli koronavirus peyvəndi hazırlanır.
Cebhe.info xəbər verir ki, dünyada bənzəri olmayan bu ilkə Eksperimental Tibb İnstitutunun alimləri başlayıb. Onların hazırladığı peyvənd effektini təsdiqləyərsə, bu, dünyada ilk olacaq və inyeksiyadan əziyyət çəkənlər üçün yeni fürsət yaradacaq.
İnstitutun direktoru Aleksandr Dmitriyev bildirib ki, artıq peyvənd laboratoriyada siçan, siçovul və dovşanlar üzərində sınaqdan keçirilir.
Yeni peyvənd mayalanmış, bişmiş süd dadı verəcək. İnstitut peyvəndin sınaqlarının bir il içində başa çatacağını gözləyir.
Bu vaksinin əsas üstünlüyü onun ucuz olmasındadır. Digər peyvəndlərdən fərqli olaraq bu xüsusiyyət onun əlçatanlığını də təmin edəcək. Bundan başqa, hazırlanması sadədir, daha qısa müddətə başa gəlir, dadlıdır, təsiri daha tez özünü göstərir, həzmi asandır.
Ciddi yan təsirlərinin olmayacağı təqdirdə dünayda böyük tələb görə bilər.

Tarix: 18-04-2021, 19:50
Xəbəri paylaş



Xəbər lenti