İngiltərənin Kraliça Mariya (Queen Mary) Universitetinin alimləri ilk dəfə havadan DNT yığıblar.Neqativ.com xəbər verir ki, Ədliyyə tibbi, antropologiya və xalq sağlamlığı üzrə tədqiqatçılar bu kəşfin havadakı xəstəliklərin necə yayıldığını anlamağa yardım olacağını bildirir.
Elmi qrup havadan götürdükləri nümunələrdən heyvan növlərini təyin etmək üçün ekoloji DNT "e-DNA"dan istifadəetmə ehtimalını araşdırıb.
Alimlər köstəbək siçanın DNT nümunələrini toplamaq üçün peristaltik bir nasos və təzyiqli filtrlərdən istifadə ediblər. Daha sonra əldə edilən nümunələrə standart ardıcıllıq dəstləri tətbiq olunub. Araşdırma qrupu bu üsuldan istifadə edərək köstəbəkin DNT-sini uğurlu şəkildə təsbit edə bilib.
Hava nümunələrində insan DNT-si də tapılıb ki, bu üsulun ədli tibbi araşdırmalar üçün istifadə edilə biləcəyi söylənilir.
Alimlərin fikrincə görə, onlar bu yolla yeni tip koronavirus (Covid-19) kimi havadan yayılan virusların da necə yayıldığını öyrənə biləcəklər. (publika.az)
Tarix: 10-04-2021, 08:45