Kosmik turistlər üçün otel tikiləcək: qonaqlar üfüqi vəziyyətdə yatacaqlar


Kosmik turistlər üçün otel tikiləcək: qonaqlar üfüqi vəziyyətdə yatacaqlar
Öz oxunda fırlanan “kruiz layneri” süni cazibə qüvvəsinə sahib olacaq
 
ABŞ-ın “Orbital Sciences Corporation” şirkəti kosmik turistlər üçün ilk dəfə otel inşa edəcəyi barədə planlarını açıqlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, lüks otelin yerləşəcəyi Voyager stansiyasının inşası 2026-cı ildə başlayacaq və iki il ərzində başa çatacaq.
 
24 yaşayış modulundan ibarət stansiya 280 qonaq və 112 heyət üzvünü qəbul edə biləcək. Öz oxunda fırlanan “kruiz layneri” süni cazibə qüvvəsinə sahib olacaq.
 
Qeyd edilir ki, otel qonaqları üfüqi vəziyyətdə yatacaq, adi yeməklərini yeyə, duş ala və tualetdən yerdəki kimi istifadə edə biləcəklər. Bununla yanaşı, Voyager bileti alan hər kəs kosmos gəzintisi edə və doğma planetinə uzaqdan baxa biləcəklər.
Tarix: 29-03-2021, 23:32
Xəbəri paylaş



Xəbər lenti