“İnsanın qəbul etdiyi qidalar qanda xolesterolun miqdarına yalnız 20 faiz təsir edir. Buna görə, bəzilərinin yumurtanın qanda xolesterolun miqdarına təsir etməsi ilə bağlı düşünclərinə görə yumurta istifadəsindən imtina etməməlisiniz”.
Neqativ.com xarici mətbuata istinadən xəbər verir ki, bunu diyetoloq, endokrinoloq Albina Komissarova deyib.
“Gündəlik bir yumurtanın ürək-damar riskinə təsir etmədiyini dəqiq bilirik, bu səbəbdən bir rəqəmi normadır. Bəzən gündə iki-üç yumurta yeyirsinizsə, pis bir şey olmayacaq. Ancaq pəhrizdə müxtəliflik vacibdir və yumurtanı digər qidalarla birgə qəbul etməyi unutmayın”-deyə, diyetoloq deyib.
Həkim bildirib ki, yumurtada qida zəhərlənməsinə səbəb olan salmonella bakteriyası ola bilər:
“Simptomlar arasında ishal, ağrı və qızdırma var. Bəzi hallarda xəstəlik ölümcül ola bilər. Risk altında immuniteti zəif olan insanlardır. Yumurtaların yuyulması sizi salmonelladan xilas edə bilməz. Özünüzü qorumaq üçün yumurtaları ən azı on dəqiqə qaynatmaq məsləhət görülür”.
Qeyd edək ki, salmonellaların hər növü mədə-bağırsaq narahatçılıqlarına, temperaturun yüksəlməsinə, spesifik infeksiyaların əmələ gəlməsinə səbəb olur.Modern.az