Saraydan qalmaqallı şəkildə ayrılan Şahzadə Harri və həyat yoldaşı Meqan Markl yenidən gündəmə gəliblər.Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ikinci dəfə valideyn olmağa hazırlaşan cütlük doğulacaq körpəsinə bahalı hədiyyə verəcəyini açıqlayıb.
“Independent” nəşrində yer alan məlumata əsaən, Markl dünyaya gələcək qızına 4 min 200 funt-sterlinq (9 min 981 manat) dəyərində olan qol saatı bağışlayacaq. Üzərinə “M.M.-dən M.M.-ə” yazısı qeyd edilən ziynət əşyası məşhur “Cartier” brendinə məxsusdur. Meqan 2015-ci ildə bu saatı bir gün qızı olanda ona bağışlasın deyə aldığını bildirib.
Tarix: 15-03-2021, 09:15