8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində infulencive.com adlı internet resursu ABŞ-da təhsil alıb orada biznesə başlayan, holdinq quran, eyni zamanda beynəlxalq siyasət mövzularında analizlərlə çıxış edən və qadın haqları ilə bağlı bloq aparan azərbaycanlı Nigar Əliyevanın uğur hekayəsinən yazıb. "Bizim günlərdə sosial şəbəkələr və rəqəmsal nüfuz kanalları, platformaları ictimaiyyətə, ictimai rəyə güclü təsir alətinə çevrilib. Nüfuzlu adam və siyasi analitik Nigar Əliyeva bu reallığı başqalarından daha çox dərk edir. Açıq auditoriya qarşısında sərbəst çıxış səhnəsinə malik olaraq o, öz nüfuzundan başqalarını ruhlandırmaq üçün istifadə etməyə çalışır”,-sayt yazır.
Bildirilir ki, Nigar nüfuzlu adamdır və biznesvumendir, onun sosial şəbəkələrdə və digər rəqəmsal platformalarda çoxlu tərəfdarları var. 1989-cu iildə Bakıda anadan olub. Nigarın 3 yaşı olanda atası Fərhad Əliyev və anası Rusiyaya, Sibirə köçüblər. Nigar orta məktəbə Rusiyada gedib. 16 yaşı olanda Azərbaycana qayıdıb və Bakı Kompüter Kollecinə daxil olub. Sonradan o, ABŞ-a gedib. Onun ABŞ səyahəsi ingilis dilini öyrənməsi ilə başlayıb.
Bir neçə il sonra ABŞ-da ASA College-də kriminal araşdırmalar üzrə təhsil alıb, daha sonra Nyu Yorkdakı Jhon Jay College-də kriminal hüquq üzrə təhsilini davam etdirib. Qadın haqları və ədalət uğrunda mübarizə çevrilib. Təhsilini başa vurandan bir neçə il sonra öz biznesini qurub, o, AID Group adlı holdinqin rəhbəridir. Holdinqə marketinq araşdırmaları, şirkətlərə İT həllər üzrə xidmətlər göstərən şirkət və daşınmaz əmlak şirkəti daxildir. Nigar mediada beynəlxalq məsələlər üzrə şərhləri və analizləri ilə də tanınır.
Sosial şəbəkələrdə məşhurlaşdıqdan və nüfuzunun artmasından sonra Nigar investorlar, biznes sahibləri və geniş ictimaiyyət nümayəndələri üçün təşkil edilən tədbirlərdə və konfranslarda çıxış etmək üçün dəvətlər almağa başlayıb. Siyasi icmalçı və analitik nüfuz idarəçiliyinə tamamilə inanır. Nigar başqalarından daha çox anlayır ki, öz mövqelərini və fikirlərini çatdırmaq, yaymaq üçün platformalara malik olmaq nə dərəcədə mühümdür. Bu nüfuzlu gənc qadın öz nüfuzunu rəqəmsal platformalardan başqalarının fayda götürməsi üçün istifadə edir. O, əsasən gənclərə, qadınlara və etnik azlıqlara müraciət edir.
"Mənim platformam hamı üçündür-invstorlar, baş direktorlar, qadınlar, kişilər və praktiki olaraq dinləməyə hazır olan hər kəs”,-o deyir.
"Mən tələbə kimi ingilis dilini baza versiyasında öyrənməyə başlamışam. İndi mən baş direktoram və eyni zamanda qadınam. Kiminsə öz yolunda qarşılaşa biləcəyi bütün mümkün çətinlikləri bilirəm, eyni zamanda onları necə dəf etməyin yollarını da bilirəm”,-azərbaycanlı nüfuzlu gənc qadın bildirir.
Nigarın öz saytı var, onun İnstagram səhifəsinin 800 minə yaxın izləyicisi mövcuddur. Onun barəsində bir çox nüfuzlu ABŞ KİV-ləri yazıb.
Mənbə: Virtualaz.org
Tarix: 7-03-2021, 22:43