1941-ci ilin yayında Sovet alimləri Əmir Teymurun məzarını açdılar.
"Sherg.az" xəbər verir ki, məzarı açarkən alimlər bir yazı ilə qarşılaşdılar. Yazıda Teymurun 16 adı və Qurani-Kərimdən bir ayə var idi. Mətn bu sözlərlə bitirdi: “Hər birimiz ölümə məhkumuq və bu dünyadan köçəcəyik. Bizdən əvvəl də böyük insanlar olub və bizdən sonra da olacaqlar. Özünü digərlərindən üstün sayan və əcdadlarının ruhunu ləkələyənləri dəhşətli bəla gözləyir”. Məzarı tapan alimlər Əmir Teymurun sümüklərini Moskvaya apardılar.
Bundan 3 gün sonra Hitler Almaniyasının SSRİ-yə qarşı müharibəyə başladığı barədə məlumat radio vasitəsilə verildi. Böyük Vətən müharibəsi başladı.
Uzun müzakirədən sonra 1942-ci ilin dekabrında sümüklər yenidən məzara qaytarıldı.
Tarix: 2-03-2021, 09:52