ÜST nəhayət ki, açıqlayır: Koronavirus necə yarandı?


ÜST nəhayət ki, açıqlayır: Koronavirus necə yarandı?

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun necə ortaya çıxması ehtimalı ilə bağlı məsələyə müəyyən qədər aydınlıq gətirib.
Cebhe.info xəbər verir ki, ötən ilin dekabrından yayılmağa başayan və martında pandemiya elan edilən COVID-19-un meydana çıxması ilə bağlı danışan ÜST nümayəndə heyətinin üzvü Piter Daszak bildirib ki, Çinə səfər edən qrup bəzi məsələləri yerində araşdırıb.
Hələlik bu verisya rəsmən irəli sürülməyib, üzərində iş gedir və ÜST Çin tərəfinin təqdim edəcəyi məlumatlar əsasında son dəqiqləşdirmələr aparacaq.
Daszak bildirib ki, mütəxəssislər virusun ilk yayıldığı Uhanda çox sayda canlı üzərində araşdırma aparıb. Onların arasında yarasalar, itlər, pişiklər olub: "Bu, bütün suallara cavab ola bilər. Mən araşdırma aparılan fermalardan bir çoxunda olmuşam. Heyvanlar yarasalardan yoluxa bilərdilər".
Mütəxəssis qeyd edib ki, hazırda donduruculardakı heyvan cəsədləri üzərində iş aparılır. Bundan başqa fermalarla işləyən, mal alan şəxslərlə də söhbətlər aparılacaq. Canlı heyvanların test nəticələrinə gəlincə, onlaırn hamısı artıq neqativ çıxıb.
Tarix: 15-02-2021, 10:59
Xəbəri paylaş



Xəbər lenti