Moskva, Rusiya
Nə qədər qəribə səslənsə də, bir Çin qəzeti Rusiyada əhalinin gündəlik davranışından təəccüblənib. Bütün dünyanı təəccübləndirən Çinin də təəccüblənməsi tam başqa bir mənzərədir. Yeri gəlmişkən, qəzetin yazdığı gündəlik davranış tərzi Azərbaycan üçün də tam normaldır və hər gün rastlaşdığımız vəziyyətlərdir
Bizimyol.info xəbər verir ki, Çinin "Sohu" qəzeti bununla bağlı yazır:
Rusiyaya gələn əcnəbilər qonşularımızın gündəlik vərdişlərindən çox heyrətlənirlər. Bu ölkənin sakinləri alışdığımızdan fərqli davranırlar, amma gündəlik vərdişləri mütləq norma kimi görünür.
Köhnə əşyaların saxlanmasıRuslar tez-tez şkaflarda bankalar, qablar, qutular, köhnə paltarlar, mismar, taxta lövhə və başqa "zibilləri" saxlayırlar. Sovet dövründə demək olar ki, hər şey qıt idi və bir çoxları belə bir vərdiş inkişaf etdiriblər. Sonradan gündəlik həyatda bu atılası şeylər yenidən faydalı ola bilər. Bu günə qədər də bu fikir yaşlı insanların şüurunda kök salaraq qalıb.
Problemləri özləri həll edirlərRuslar yalnız bir avtomobil ustası lazım olanda, santexnika və ya elektrik kimi sahələrdə bir qəzanın öhdəsindən gələ bilmədikdə kömək axtarırlar. Əksər hallarda, əvvəlcə bütün problemləri özləri həll etməyə çalışırlar. Bundan əlavə, köhnə əşyaları düzəltmək üçün bütün yolları sınadıqdan və bir nəticə əldə etmədikdən sonra yeni əşyalar və avadanlıqlar alırlar.
Qışda keçə çəkmə geyinirlərKeçə çəkmə ənənəsi Monqol-Tatarlardan qalma adətdir - qışda "pimı" adlandırdıqları keçə çəkmələrdən istifadə edirdilər. Ancaq Rusiyada "keçə çəkmə" ("valenki") adı daha möhkəm kök salıb, çünki onlar keçə qoyun yunundan hazırlanır.
Əvvəllər kəndlərdə hamı keçə çəkmə geyinirdi. İndi şəhərdə də hamı qışda ayaqlarını isti saxlamaq üçün bu çəkmələri geyinir. Ənənəvi keçə çəkmələri əsasən yaşlılar geyinir.
Son illər sənaye müəssisələri müxtəlif naxışlarla cazibədar dizaynda keçə çəkmələr istehsal etməyə başlayıblar ki, bunları bəzi tədbirlərə də geyinmək ayıb sayılmır.
Keçə çəkmələr ("Valenki")
Qonaq gedərkən ayaqqabınızı dəyişməlisinizİnsanlar qonaq gəldikdə ev sahibi dərhal onları şap-şap geyməyə dəvət edir. Bu, xariciləri çox təəccübləndirir: axı Qərbdə evə girməzdən əvvəl ayaqqabılarını yalnız xüsusi fırça üstünə silərək təmizləyirlər və sonra ayaqqabı ilə evə girirlər. Və yalnız bütün günü evdə olsalar, şap-şap geyinərlər.
Əvvəlcə şorba yeməlisinizRus evdar qadınlar tez-tez bir neçə gün isti yemək bişirirlər. Kələm şorbası, bulyon və ya borş ola bilər. Bəzən bir qazan şorba hazırlamaq üçün istirahət gününün yarısı sərf olunur.
Bundan əlavə, isti şorbanın sağlamlığa faydası olduğuna inanılır, baxmayaraq ki, bir çox ölkələrdə nahar üçün “birinci yemək” deyilən xörək ümumiyyətlə, yoxdur.
Tam bir "çörək evi"Əcnəbilər çörək yeyirsə də, onu çox az istehlak edirlər. Ruslar isə demək olar ki, hər bir xörəyi çörəklə yeyirlər. Baxmayaraq ki, son vaxtlar bəziləri, xüsusən də qadınlar ya masadakı çörəkdən imtina etməklə, ya da bir növ pəhriz çörəyinə keçməklə Qərb ənənələrini təqib etməyə başlayıblar.
Meşədə "gəzinti"Ruslar giləmeyvə, göbələk, qoz-fındıq və göyərti yığmağı çox sevirlər. Bütün bunları mağazalardan, marketlərdən və ya apteklərdən asanlıqla almaq mümkün olsa da, onları toplamaq üçün saatlarla meşədə gəzə bilərlər.
Tərəvəz əllə duzlanırRusiyada demək olar ki, hər ailə özünün hazırladığı duzlu tərəvəz və konserv qidalarını yeyir. Bütün bunlar yaxınlıqdakı bir supermarketdə satılsa da, payızda yığılan pomidorlardan turşu və giləmeyvələrdən mürəbbə üçün istifadə etmək rus evdar qadınlarının qürur duyduğu xüsusi ləzzətdir.
Tərəvəz tutması, şoraba
Hamıya çay təklif edirlərQısa bir müddət kimisə ziyarət etsəniz, əksər hallarda dərhal bir fincan çay alacaqsınız və az qala bunu sizə qapıda təklif edəcəklər. Bütün söhbətlər çay içərək aparılacaq. Ciddi bir işiniz varsa, onu tamamladıqdan sonra yenə də çay içməlisiniz. Çay məclisi çərəzlər, tortlar və müxtəlif şirniyyatlarla müşayiət olunacaq.
Qərbdə bir neçə saatlığa ziyarət etsəniz də, sizə ümumiyyətlə, heç nə təklif olunmayacaq. Bir şey verilsə belə, böyük ehtimalla, bu, qəhvə və ya bir stəkan spirtli içki olacaq. Və yemək də olmayacaq. Ümumiyyətlə, evdə deyil, kafedə və ya restoranda yemək yeyirlər.
Geniş ziyafətlər təşkil edirlərQərbdə böyük ziyafətlər yalnız xüsusi günlərdə keçirilir. Rusiyada qonaqların gəlişi üçün çoxlu yeməklər hazırlamaq adəti var. Bir qonaq gözlənilmədən gəlirsə, ruslar sadəcə, soyuducuda nə varsa, hamısını masanın üstünə qoyurlar.
"Xolodets" və şirəli yeməklərBu "ənənəvi rus" yeməkləri bəzən xariciləri qorxudur. Onların fikrincə, belə şeylər tamamilə ağlasığmazdır. Ancaq bəzi insanlar bu yeməyin dadına baxandan sonra öyrəşir və hətta bu yeməkləri sevməyə başlayır.
Xolodets
Mətbəxdə söhbətlərXüsusi hallar istisna olmaqla sizi ümumiyyətlə, qonaq otağına deyil, mətbəxə dəvət edirlər. Ruslar həm yaxınları, həm də qonaqları ilə mətbəxdə bütün aktual məsələləri müzakirə etməyə alışıblar.
Əcnəbilər isə, əksinə, qonaqlarını qonaq otağında qəbul etməli və ya kafedə görüş təyin etməlidirlər.
Tarix: 31-01-2021, 12:32