Yeni din, Qafqazda güclü sel, hədsiz istilər, siyasi oyunlar... – NOSTRADAMUSDAN YENİ MÜƏMMALAR


Görücü Vanqa deyib ki, insanlığın imtahanı 2021-ci ildə də davam edəcək. Sunamilər, daşqınlar, hətta uzun sürməyən müharibələr olacaq. 
Lent.az 2021-ci il üçün müxtəlif görücülərin proqnozlarını təqdim edir.  
Vanqa onu da deyib ki, marta qədər baş verənlər xoş olmayacaq, martın 20-dən sonra dünyanın gedişatı yaxşıya doğru dəyişəcək. 
Görün Nostradamus nə deyib.  Deyib ki, katoklizmlər və təbii fəlakətlər və anomaliyalar ilidir. 
Planetin ayrı-ayrı yerlərində 2021-ci ildə belə hadisələr baş verəcək. Onun bu proqnozlarını “New York Post” yayıb. 
Bəzilərini hətta məkanı ilə qeyd edir:
- Sibirdə və uzaq şərqdə hədsiz istilərdən yanğınlar baş verəcək. 
- Rusiyanın bəzi bölgələrində 2021-ci ilin yazında və yayında leysan yağışlar olacaq. Bunun nəticəsində Qafqazda güclü sel gözlənilir.   
- Rusiyada həmçinin kənd təsərrüfatı məhsulunda qıtlıq yaşanacaq. 
Nostradamusa görə 2021-ci ilin əsas təhlükəsi iqlim dəyişiklikləridir. Daşqınlar və yağışlar çox olacaq. Ən çox da bundan Amerika, Avropa və Asiya əziyyət çəkəcək. 
Nostradamus siyasi coğrafiya barədə də proqnozlar verib. Məsələn, deyib ki, 2021-ci ildə də Rusiya dünya siyasətində lider olacaq. Siyasi oyunlarda Çinlə və Hindistanla qarşılaşacaq. 
Onu da deyib ki, ola bilər Rusiya müharibəyə cəlb edilsin. Bu hətta üçüncü dünya müharibəsi ola bilər. Həm də ola bilər ki, müsəlman ölkələrindən biri qonşu xristian ölkəsinə təcavüz etsin və nəticədə Rusiyaya və Avropa ölkələrinin bəzilərinə çox sayda qaçqınların doluşması ilə müşahidə olunsun.  
Müsəlman ölkəsinin dəqiq adını demir, amma müşahidələr görə, Suriya və Livan anlaşılır. 
İqtisadi cəhətdən Rusiya inkişaf edib qonşularla daha çox iqtisadi, xüsusən Çin və Hindistanla, münasibətləri genişləndirəcək. 
2021-ci ildə yeni ticarət yollarının yaranması da planlaşdırılır. Bu illərdir söhbəti gedən yeni ipək yolunun yaranması da ola bilər. 
Nostradamus deyir ki, ABŞ daha çox öz işləri ilə məşğul olacaq. Bu səbəbdən də dünya iqtisadiyyatında öz yerini itirməli olacaq. 
Nostradamus yeni dinin yaranması ilə bağlı proqnoz da verib. Dediyinə görə yeni din xristianlığın pravoslav və katolik qollarının sayəsində yaradılacaq. Bu dini yaradan insan isə Rusiyadan olacaq deyir. 
Sonda onu da bəyan edir ki, dediklərinin bəziləri artıq başlayıb, yanlış çıxanlar da ola bilər, qarşıdakı illərə keçəni də.  
Tarix: 27-01-2021, 11:37
Xəbəri paylaş



Xəbər lenti