İlon Mask necə dünyanın ən varlı adamı oldu? - "Pulu Marsda şəhər salmağa xərcləyəcəm"



"Tesla Inc." və "SpaceX" şirkətlərinin sahibi İlon Mask dünyanın ən zəngin adamına çevrilib. Dünyanın 500 zəngin şəxsinin yer aldığı Bloomberg Milyarderlər İndeksində o, Cef Bezosdan önə çıxıb.
Səbəb isə yanvarın 7-də "Tesla"-nın səhmlərinin 4.8 faiz bahalanmasıdır.
Ancaq sərvəti 185 milyard dolları (bəzi mənbələrə görə, 188 milyard dollar ) keçən Mask tvitində işə getməkdən yazıb. “Necə də qəribədir. Yaxşı, iş başına qayıtmaq vaxtıdır”, – 49 yaşlı biznesmen tvitində yazıb.
Son bir ildə Maskın sərvəti 150 milyard dollardan çox artıb ki, bu da tarixdə ən sürətli varlanma sayıla bilər.2020-ci ilin əvvəlində Maskın cəmi 27 milyard dolları vardı və güc-bəlayla ən zəngin 50 nəfərin siyahısına düşmüşdü.
Milyarder "Twitter" profilində pulu ilə bağlı planlarını da bölüşür. O, pulunun yarısını Yerdəki problemlərə, yarısını isə Marsda özünü təmin edən şəhər salmağa həsr etmək istədiyini yazır. Bunu hələ 2018-ci ildə deyirdi.
Marsda insan məskəni salmaq Maskın ən böyük planı sayıla bilər. O, ötən ay müsahibəsində deyirdi ki, sərvətini Marsda şəhər qurmağa xərcləmək istəyir. Milyarder maddi şeylərə çox marağı olmadığını, "Tesla" və "SpaceX"-dən kənarda az aktivinin olduğunu deyir.
Cef Bezosun sərvəti hazırda 188 milyard dollar civarında dəyərləndirilir. Mask hələ iyulda Uorren Baffeti ötərək dünyanın 7-ci zəngin insanına çevrildi. 
Noyabrda Bill Qeytsi arxada qoyaraq ikinci oldu. Son 12 ayda Mask Qeytsin cəmi 132 milyard dollarlıq sərvətindən daha çox qazanıb. Yanvarın 7-də Teslanın səhminin dəyəri 816.04 dollar olub. Şirkətin ümumi bazar dəyəri isə 760 milyard dolları keçib.
"AzPolitika.info"
Tarix: 8-01-2021, 16:11
Xəbəri paylaş



Xəbər lenti