Nostradamusun 2021-ci il kəhanətləri - Bu silah insanları zombilərə çevirəcək...






Olduqca ağır keçən və bir çox fəlakətin yaşandığı 2020-ci ilin sona çatmasından sonra astroloqların ritorikaları yenidən gündəmə gəlib. Öz ölümünü belə əvvəlcədən bilən məşhur həkim və astroloq Mişel Nostradamusun 2021-ci il kəhənətləri böyük həyəcan yaradıb.

1500-cü illərdə yaşamış məşhur həkim və astroloq Nostradamusun ölümünün üzərindən yüz illər keçməsinə rəğmən hələ də bu qədər məşhur olmasının səbəbi yaşanan tarixi hadisələri öncədən yazdığı dörtlüklərdə bilindiyinin iddia edilməsidir. 

Bütün dünyanı cənginə alan koronavirus epidemiyasının ortaya çıxmasından sonra Nostradamusun adı yenidən gündəmə gəlmişdi. Hətta Nostradamusun koronavirus pandemiyası haqqında yazdığı iddia edildiyi kəhanəti bu şəkildədir: "Əkizlər ilində Şərqdən bir kraliça yüksələcək. Gecə məxluqlarının vəbasını 7 təpəli diyara yayacaq. İnsanların alatoranlığını toza çevirərək dünyanı məhv edəcək"

Nostradamusun bu dördlüyündə keçən əkizlər ili - 2020, gecə məxluqları - yarasa, vəba - koronavirus, 7 təpəli diyar- İtaliya, insanların alatoranlığı - yaşlı insanlar və toza çevirmək- ölüm mənasına gəlir.

Məşhur həkim və astroloqun kəhanətlərində yeni ildə də dünyda böyük fəlakətlərin yaşanacağına işarə edilib.

Moderator.az Nostradamusun kəhanətlərindən 6-sını təqdim edir:

1. Rusiya biyoloji silah hazırlayacaq. Bu silah da bir növ virus epidemiyası yaradacaq və insanları zombilərə çevirəcək.

2. 2021-ci ildə bütün dünyaya təsir edəcək böyük bir qıtlıq yaşanacaq.

3. Zəlzələ və epidemiyalar sürətlə artacaq.

4. Dünya böyük bir günəş fırtınasının təsiri altında qalacaq.

5. Texnologiya sürətlə inkişaf edəcək və beyinlərinə çip yerləşdirilmiş əsgərlər yetişdiriləcək.

6. Amerika qitəsində 25 noyabr tarixində böyük bir zəlzələ baş verəcək.
Tarix: 2-01-2021, 09:50
Xəbəri paylaş



Xəbər lenti