“Forbes”in siyahısı:"Çelsi"nin prezidenti ilk "10-luğ"a düşdü


İngiltərənin “Çelsi” klubunun prezidenti Roman Abramoviç 2020-ci ildə sərvətini artıran rusiyalı milyarderlər arasında ilk “10-luğ”a daxil olub.
Onun sərvəti cari ildə 1,33 milyard ABŞ dollar artaraq, 13,694 milyard ABŞ dollarına çatıb. İş adamı bu göstərici ilə “Forbes” jurnalının açıqladığı siyahının 8-ci pilləsində qərarlaşıb.
Artıma “Yevraz” şirkətinin səhmlərinin bahalaşması səbəb olub.
Qeyd edək ki, artım üzrə (11,555 milyard ABŞ dolları) birinci yeri “Anji” nin keçmiş sahibi Süleyman Kərimov tutub. (report)
Tarix: 26-12-2020, 08:56
Xəbəri paylaş



Xəbər lenti