30 yaşından sonra əksəriyyət azərbaycanlı kişilərin qan analizində xolesterinin miqdarı çox çıxır. Məlumatlara görə, İran və Türkiyə həkimləri pasiyent Azərbaycandan gəlibsə, onu mütləq xolesterin analizinə göndərirlər. Çünki əmindirlər ki, xolesterinin miqdarı yüksəkdir və orqanizmindəki problem bununla əlaqədar ola bilər.Bəs niyə 30-35 yaşdan sonra azərbaycanlıların qanı xolesterinlə dolur? Vaxtında qanında xolesterinin səviyyəsini ölçdürməyənləri nə gözləyir?
Moderator.az medicina.az-a istinadən oxucuları xolesterin, onun fəsadları, qandakı miqdarını necə azaltma yolları ilə ətraflı tanış edir.
Xolesterin nədir?Orqanizmdə vacib olan lipidlərin, yəni yağanbənzər maddələrin bir növüdür. Hər insanda var. Sadəcə normasında olması vacibdir. Son zamanlar ekologiya, yemək, stress və zərərli vərdişlər səbəbindən qanda xolesterinin səviyyəsini ölçdürmək geniş yayılıb.
Xolesterin orqanizmdə bir çox biokimyəvi proseslərin, həmçinin cinsi hormonların sintezində mühüm rol oynayır. Xolesterinin azlığı da insan üçün təhlükəlidir. Xolesterin hüceyrələr üçün tikinti materialıdır. O, erotrositlərin tərkibində çoxdur. Eləcə də baş beyin və qaraciyərdə də yerləşir. Xolesterin mədə şirəsinin tərkibini təşkil edir, D vitaminini sintez edir və immunitetin möhkəm olmasına cavabdeh fermentdir.
Kimyəvi tərkibinə görə piy, yağ və spirtə yaxındır. Loru dillə desək, yağlı spirtdir. Bir növ öd şirəsinə də oxşayır. Xolesterin sözü də burdan götürülüb: "bərk öd” deməkdir.
Yaxşı və pis xolesterinXolesterin 2 tipdə olur: alfa ve beta. Hər ikisi qanda normal səviyyədə olmalıdır. Birinci tip alfa - yaxşı, ikinci tip isə pis, zərərli xolesterin hesab olunur. Pis xolesterin-lipoproteinlər damarların divarına yapışıb qalınlaşdırır və tıxanıqlıq yaradır. Məhz burdan ateroskeroz – damar tutulmaları başlayır. Damar tıxananda isə gələcəkdə insult, infarkt, işemik xəstəliklər qaçılmazdır.
Xolesterinin böyük hissəsi elə insanın daxilində, qaraciyərdə sintez olunur. Çox az hissəsi isə xaricdən – qida ilə daxil olur. Yəni, xolesterinin miqdarına, sintezinə, dövranına qaraciyər cavabdehdir.
Əgər insanın qaraciyəri pis xolesterini çox yığırsa, xolesterini normaya sala bilmirsə, bu zərərli miqdarın üzərinə insanın qida ilə daxil etdiyi xolesterin də gəlir, beləcə qanda pis xolesterin, eləcə də ümumi xolesterinin miqdarı normasından artıq olmağa başlayır.
Hər bir insan yaşına görə qanında xolesterin normasını bilməli və ildə 2 dəfə onu yoxlamalıdır.
Xolesterin çoxluğunun əlamətləri:İnsanın əhval-ruhiyyəsində və ümumi halında özünü göstərir:
gözdə sıxılma, görmənin zəifləməsi,
yorğunluq, baş ağrısı,
başgicəllənmə,
yuxu, cinsi istəyin azalması,
qadınlarda libidin azalması,
depressiya,
ayaqlarda ağırlıq.
Xolesterin normasıİnsanın cinsiyyəti və yaşına görə dəyişir. Hər növ xolesterin üçün ayrıca norma təyin olunub. Normadan az olsa da zərərlidir, çox olsa da. Normadan həddən artıq çox olması vəziyyətin getdikcə kritikləşdiyini göstərir.
Ümumi xolesterin üçün norma 5 mmol/litrdir, pis xolesterin üçünsə 4mmol/litr.
Yaş artdıqca və müəyyən xəstəliklər səbəbindən qanda xolesterinin miqdarı artır. Qadınlar üçün norma kişilərdən yüksəkdir. Amma qadınlar pis xolesterindən daha az əziyyət çəkir, nəinki kişilər.
Nəzərə almaq lazımdır ki, bəzi qalxanabənzər vəz problemləri zamanı, hamiləlikdə və soyuq fəsillərdə qanda xolesterinin səviyyəsi bir azca dəyişir. Asiyalıların avropalılara nisbətən xolesterini daha çox olur. Bu da etnik coğrafi səbəblərdəndir.
Bu xəstəliklərdə xolesterin normadan yüksək olur:-Qaraciyər-böyrək xəstəlikləri
-Xolestaz-öd durğunluğu
-Pankreatit
-Qirke xəstəliyi
-Piylənmə, artıq çəki
-Şəkərli dibet
-Podaqra
-Alkoqolizm
-İrsi genetik faktorlar
Kimlər risk altındadır ?-40 yaşdan sonra kişilər
-Menopauza dövründə qadınlar
-Diabet xəstələri
-İnfarkt və insult keçirənlər
-Oturaq həyat tərzi keçirənlər
-Spirtli içki qəbul edənlər
-Siqaret çəkənlər
-Daima stress altında olanlar
Pis xolesterini artıran qidalar:-Piy, yağ, kərə yağı, heyvan mənşəli yağlar
-Yumurta
-Xama
-Pendir
-Çörək
-Pivə
-Qızardılmış yeməklər
-Fast food
Qanda xolesterinin miqdarı kritik həddi keçərsə, xəstənin vəziyyətinə görə həkim tez nəticə almaq üçün xolesterini blok edən dərmanlar təyin edir. Bunlardan: Atorvastatin, Simvastatin, Lovostatin, Nikotin turşusu və s. var. Lakin dərmanı həkim göstərişi olmadan, özbaşına qəbul etmək olmaz.
Bəzən qan analizində xolesterinin normadan az olması üzə çıxır. Bu da orqanizmin işini pozur. Xolesterin yetməzliyi hüceyrələrin aclığına səbəb olur, sinir sistemi, beyin zəifləyir, depressiya yaranır.
Xolesterinin miqdarını kəskin azaldan səbəblər:- Bir müddət ac qalmaq
-Kaxeksiya
-Hiperterioz
-Sepsis
-Yanıqlar
-Qaraciyərin ağır xəstəlikləri
-Vərəm
-Qanazlığı, anemiya
-Talassemiya
-Bəzi dərmanların təsiri
Bu zaman xolesterini artıran dərmanlar təyin olunur, həmçinin yumurta, pendir, qaraciyər qidaya əlavə olunur.
Xolesterini azaltmaq üçün: Xolesterini azaltmaq üçün:
İlk növbədə 3 zərərli vərdişdən imtina etməlisiz: içki, siqaret, hərəkətsizlik. Daha sonra qida rasionunu dəyişməlisiz.
Pis xolesterini qovmaq üçün fiziki yükü artırmaq lazımdır. İdman, qaçış, üzgüçülük vacibdir.
Xolesterini qovan məşhur ərzaqlar:
-Yalnız bitki yağlarından istifadə olunmalı, xüsusən kətan toxumu və zeytun yağı
-Sarımsağı bol qəbul etməli, o, qandan xolesterini qovur. Hər gün 3 diş çiy sarımsaq yeyilməlidir.
-Hər gün 2 litr su və yalnız yaşıl çay içilməli
-İtburnu dəmləməsi qəbul edilməli
-Zəncəfil çayı və zəncəfilin özü – təzə kökü, tozu
-Paxlaları çoxaltmalı – sutkaya 50 qr hər hansı paxlalı yemək lazımdır.
-Gündəlik 500 qram olmaqla təzə tərəvəz və meyvələrdən salatlar yeyilməlidir. Xüsusən sitrus meyvələri – portağal, kivi, limon və s. bol olmalıdır
- Göyərti- ispanaq, salat, rukkola qida rasionuna daxil edilməlidir.
Tarix: 2-12-2020, 11:56