Türkiyə indi heç kimin qapısında gözləmir, PUA-larını özü istehsal edir.
Axar.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Numan Qurtulmuş deyib.
“Türkiyə sərhəddən kənarda əməliyyatlar apararkən bütün dünya ayağa qalxaraq buna qarşı çıxır. “Edə bilməzsən” deyirlər. Türkiyə bu əməliyyatlarla terror təşkilatlarını diz çökdürür. Bu, Türkiyənin qarşısı alınmayan yüksəlişidir. Ankara hazırda yerli sənaye sahəsində 70 faiz məhsulları özü istehsal edir. Biz indi heç kimin qapısında gözləmirik, PUA-ları özümüz istehsal edirik”, - Qurtulmuş bildirib.
Tarix: 9-11-2020, 10:09