Keçmişə qayıdış: Ərzaq talonları əvəzinə vətəndaşın rifahını yaxşılaşdırın


Keçmişə qayıdış: Ərzaq talonları əvəzinə vətəndaşın rifahını yaxşılaşdırın
Almaniya mağazalarını görən Sovet hərbçiləri şoka düşmüşdülər
 
Mallarla dolu mağaza rəflərinə baxanda gənclər çatışmazlığın, yəni defisitin nə olduğunu təsəvvür belə, edə bilmirlər. Lazımi mallar sadəcə mövcud olmadıqda və ya miqdarı çox az olduqda, qeyri-bazar paylama mexanizmlərinə müraciət etmək lazım idi. Seçimlərdən biri də kart və ya talon sistemi idi.
 
Defisit Sovet tərzi sosialist iqtisadiyyatının məhsulu idi. Bu barədə məşhur macar iqtisadçısı, Avropa İqtisadi Birliyinin fəxri prezidenti Yanoş Kornai “Defisit” adlı monoqrafiyasında açıq yazmışdı. Defisitin və ya qıtlığın sosialist təsərrüfat idarəetmə sisteminin daxili vəziyyəti olduğu və deifisit iqtisadiyyatını aradan qaldırmağın mümkün olmadığı qənaətinə gəlmışdı tanınmış iqtisadçı. Titonun zamanında Yuqoslaviya təcrübəsi ilə təsdiqlənən "bazar sosializmi" ideyasını səhv hesab edən Kornai, çıxış yolunun xüsusi mülkiyyətə və müəyyən məhdudiyyətlərlə azad bazara keçid olduğuna inanırdı.
 
Deyim ki, qıtlıq, əslində Sovet sosializminin ixtirası deyil. Defisit bazar tarazlığı pozulduqda ortaya çıxır. Mal tədarükü tələbdən çox azdır və ya tələb olunan keyfiyyətdə məhsul kifayət qədər deyil. Buraya bazarda olmayan qiymət tənzimlənməsi də daxildir. Fransız Yakobinçilər, ən yaxşı niyyətlə, çörək üçün maksimum qiymət tətbiq etdilər və dərhal çörək defisitə çevrildi ki, nəticədə dövlət tənzimləməsini tətbiq etmək lazım gəldi. Defisit zamanı bu və digər amillərin birləşməsinə tez-tez rast gəlinir.
 
Birinci Dünya Müharibəsi dövründə Avropa, ilk növbədə qida məhsulları sahəsində kəskin bir çatışmazlıqla üzləşdi. Çözüm kart sisteminə keçiddə tapıldı. Malların mövcudluğundan asılı olaraq, hər bir vətəndaş həmin mallardan dövlət tərəfindən ayrılan miqdarda almaq hüququna malik idi. Bu imkanı verən sənəd isə kart idi. Almaniyada kartla əldə edilməsi nəzərdə tutlan ərzağın həcmi o qədər az idi ki, əhalinin çoxu demək olar, ac qalırdı.
Azərbaycanda aztəminatlı ailələrə ərzaq talonları paylana bilər?
Rusiyada kartlar tədricən, 1917-ci ildən başlayaraq NEP-ə (Yeni İqtisadi Siyasət) keçidə qədər xüsusilə fəal şəkildə istifadə edilirdi. Sonra qida problemi həll edildi, lakin qeyri-ərzaq məhsullarının əmtəə kəsiri o qədər kəskin olmasa da, qalırdı.
 
1929-cu ildə sosializm bütün cəbhə boyu hücuma keçdi və dərhal qida çatışmazlığı yaşanmağa başlandı. Elə həmin vaxt təcili olaraq, çörək kartları tətbiq edilməyə başladı. 1931-ci ildə kartlar vasitəsi ilə əsas qida və qeyri-ərzaq məhsullarına nisbət tətbiq olundu. Belə kartlar yalnız dövlət sektorunda işləyənlərə və onların himayəsində olan azyaşlı uşaqlara və yaşlı valideynlərinə verilirdi.
 
Kəndlilər və siyasi hüquqlardan məhrum olanlar belə kartlardan da məhrum idilər. Televiziyanın yaradıcılarından biri Boris Rosing Arxangelskə sürgün edildi və orada Arxangelsk Meşəçilik İnstitutunda dərs deməyə başladı. Sürgündə olduğu üçün ona kart verilmirdi və dünya səviyyəsində nüfuzu olan görkəmli bir alimi aclıqdan onunla cüzi rasion paylarını bölüşən həmkarları qurtardı.
 
1935-ci ildə kartlar tədricən ləğv edildi, lakin bu, defisitin aradan qalxması demək deyildi. O, başqa formalar aldı.
 
Çörək kartlarının ləğvindən əvvəl çörəyin qiyməti iki dəfə artmışdı. Rəsmi olaraq kartlar yox idi, lakin malların bir adama buraxılmasına məhdudiyyətlər tətbiq edildi. Məsələn, 1940-cı ildə bir alıcı 1 kq-dan çox ət ala bilməzdi.
 
Heç bir kart sistemi olmasa da, ölkədə müntəzəm olaraq tədarük böhranları olurdu. 1939-1940-cı illərin qışında bazarlarda süd stəkanlarla, un boşqablarla, kartof isə dənə-dənə satılırdı. 1939-1941-ci illərdə, alman təcavüzünün başlamazdan əvvəl də bəzi bölgələrdə aclıq və kart sisteminə kütləvi qayıdış baş verirdi.
 
Qeyri-ərzaq məhsullarında da vəziyyət yaxşı deyildi. NKVD-nin qeydlərinə görə, Moskvanın mərkəzində 4 minə qədər insan dükanların açılması üçün növbələrdə dayanır və belə növbələr bir kilometrdən çox məsafədə uzanırdı.
 
Bütün bunlar ticarətdə misli görünməmiş korrupsiyaya səbəb oldu. Leksikona "blat" sözü, yəni dostlar vasitəsi ilə və artıq ödənişlə mal almaq imkanı daxil olundu. Bu ifadələr seriyasında adi “almaq” sözü “əldə etmək”lə əvəz edildi, “piştaxta altından” ifadəsi isə malların lazımi şəxslərə artıq ödəmə qarşılığında mağaza bağlandıqdan sonra arxa qapısından satılması demək idi. Hətta “blat Nazirlər Kabinetindən daha yuxarıdır” tipli sovet atalar sözü də yarandı. İzahı da belə idi: Qanuni şəkildə mümkün deyil, çünki qadağa və ya məhdudiyyət var, ancaq tanışlara "blata" görə mümkündür və hökumət isə bu vəziyyətdə acizdir...
В какие города СССР сбегали советские люди от войны | Русская семерка
SSRİ-nin mövcud olduğu bütün illərdə ölkədə daimi defisit də mövcud olub. Demək olar ki, yeməkdən geyimə, ayaqqabıya, mebelə və s. qədər hər şey defisit idi. Üstəlik, çox zəif mal çeşidi reallığında yaşayan Sovet xalqının digər ölkələrdə istehsal olunan məhsullar haqqında təsəvvürləri belə, yox idi. İdxal olunan, yəni “importnı” mallar da az idi və onların istənilən yolla əldə edilməsi bir növ prestij demək idi.
 
1960-1980-ci illərdə bir çox bölgələrdə ərzaq məhsulları talonlarla paylanmağa başladı ki, bu da mahiyyətcə elə eyni kartlar idi. Əlbəttə ki, partiya və iqtisadi nomenklatura bu qıtlığı hiss etmirdi, amma əsas malların belə, ümumi çatışmazlığı Sovet sisteminin məhsulu idi.
 
Sovet əsgərləri və zabitləri üçün bəlkə də ilk şok Almaniya və ya Avstriya mağazalarını görmək oldu. Bu, ölkələrin hərbi əməliyyatlar və bombardmanlarla viran və məhv olmasına baxmayaraq, mağazaları dolu idi. Cəbhədən qayıdan əsgərlər heyrətlə bu ölkələrin su təchizatı sistemi və evlərdəki, mənzillərdəki tualetlərdən danışırdılar. Sovet əsgərlərinin çoxu normal kostyumdan alt paltarına qədər ilk dəfə elementar məişət əşyaları görürdülər.
 
Belə misalları kart sisteminin əhalini mal qıtlığından qurtara bilməyəcəyini göstərmək üçün çəkirəm. Sistem təbiətcə yaranışından qüsurludursa, heç bir şey ona kömək edə bilməz.
 
Dediklərindən belə təsəvvür yarana bilər ki, kart sistemi yalnız defisitin göstəricisidr və əmtəələrin bolluğu olan yerdə mövcudluğu mümkün deyil. Xeyr. Bolluq olan yerdə də, kart sistemi işləyə bilər. Sadəcə, onun təbiəti tamamilə fərqlidir.
 
19-cu əsrdə və 20-ci ilin əvvəllərində mühacirlər Avropadan ABŞ-a aclıqdan və səfalətdən qaçırdılar. ABŞ-da belə bir anlayışın olmadığını bilirdilər. Birinci Dünya Müharibəsi dövründə belə, ABŞ-da malların kartlarla paylanması praktikası yox idi.
 
ABŞ-da kart sistemi ilk dəfə 1939-cu ildə “Food Stamp” qida proqramı çərçivəsində təqdim edildi. Ölkədə mal bolluğu var idi, ancaq yoxsullara kömək etmək üçün onları lazımi qida ilə təmin etmək lazım gəlirdi. Əslində, bu proqram həddindən çox əkinçilik məhsulu istehsalından əziyyət çəkən fermerlərə davamlı məhsul tədarükü təmin edirdi. Bu proqram heç bir defisitin olmadığı 1943-cü ildə qapadıldı və 1961-ci ildə siyasi səbəblərə görə yenidən davam etdirildi.
 
Hal-hazırda bu proqram “Supplemental Nutrition Assistance Program” - SNAP (Əlavə Bəslənmə Yardım Proqramı) olaraq inkişaf edir. Ənənəvi kartları bank kredit kartlarına bənzəyən plastik kartlar əvəz etdi. ABŞ-da hələ də kartlarla bağlı müzakirələr gedir. 80-ci illərdə Prezident Ronald Reyqan onların qəti əleyhdarı idi, lakin bir çox amerikalılar kartlara öyrəşmişdi və fermerlər də bundan ancaq razılıq edirdilər.
 
Təxminən, eyni kartların tətbiqi müasir Rusiyada da düşünülür. BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Rusiya ilə əlaqə üzrə direktoru Oleq Kobyakov “Moskovskiy Komsomolets” qəzetinə verdiyi müsahibədə elə bu barədə danışdı.
 
Burada Amerika kartlarından əsaslı bir fərqimiz var. Dizləri üstündən qalxmaq istəyən böyük bir dövlətin vətəndaşları yoxsulluq səbəbindən sağlam qida ala bilmirlər. Lakin kartlar bu problemi həll edə bilməz. İnsanların maddi rifah halını yaxşılaşdırmaq daha effektlidir. O zaman heç bir karta, talona ehtiyac olmayacaq...
Müəllif: Yuri Rayxel 
Tarix: 29-09-2020, 07:37
Xəbəri paylaş



Xəbər lenti