Azərbycanlı “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) Türkiyədə qətli cinayət aləmində ciddi boşluq yaradıb.
Mərhum kriminal liderin mirasına iddiaçılar arasında 36 yaşlı Maxar Qvaramiya (Matsi) və “Ded Xasan”nın klanına daxil olmuş 63 yaşlı “qanuni oğru” Merab Mzarelua (Duyaka) üz-üzə gəlib.
Daim “Lotu Quli”nin yanında olan və hakimiyyətin dadını çıxaran Qvaramiya Səlifovun ölümündən sonra onun kriminal imperiyasını Mzarelua ilə bölüşmək istəməyib. Mzarelua isə öz növbəsində opponentinə qarşı ittifaq qurmaq üçün digər “qanuni oğru” Kaxa Makalatiyanı öz tərəfinə çəkib.
Bundan xəbər tutan Maxar Qvaramiya yaşlı rəqibini görüşə çağıraraq onu yumruqlayıb və “oğru” adına layiq olmadığını deyib. Hazırda Nadir Səlifovun mirası uğrunda gürcü “qanuni oğru”lar arasında müharibənin başlana biləcəyi ehtimal olunur.
Xatırladaq ki, “Lotu Quli” avqustun 19-da Antalyada qətlə yetirilib. Onu kriminal liderin yaxın çevrəsinə daxilı olan Xaqan Zeynalov (Xan Bakinski) qətlə yetirib.
Tarix: 14-09-2020, 13:11