Roma Papası yemək və seksi Tanrı tərəfindən göndərilən ləzzət adlandırdı...



Roma Papası yemək və seksi Tanrı tərəfindən göndərilən ləzzət adlandırdı...
Roma Papası Fransisk hesab edir ki, dadlı yeməklərdən və seksdən alınan ləzzət Tanrıdan gəlir.

Moderator.az The New York Post-a istinadən xəbər verir ki, bu barədə o kitab hazırlayan italiyalı yazıçı Karlo Petriniyə verdiyi müsahibədə söyləyib.

“Ləzzət birbaşa Tanrıdan gəlir. O, katolik deyil, xristian deyil, başqa bir şey deyil - sadəcə ilahidəndir ... Yeməkdən və seksdən alınan ləzzət Tanrıdan gəlir” - pontifik deyib.

Onun fikrincə, bu həyati ehtiyaclar keçmişdə kilsə tərəfindən boş yerə mühakimə olunub. O zaman ruhanilərin nümayəndələri xristian mesajını səhv təfsir etdilər və nəticədə bu günə qədər hiss olunan böyük ziyana səbəb oldular.

"Yeməkdən alınan ləzzət sağlam qalmamız üçündür, seksual ləzzət də ona görə lazımdır ki, sevgini daha da gözəlləşdirmək və görünüşümüzün salamat olmasını təmin etmək mümkün olsun” – Fransisk deyib.

O əlavə edib ki, daha ciddi problemlər mövcuddur ki, dua edilməsinə ehtiyacı var, xüsusən iqlim dəyişikliyi, meşələrin qırılması və qeyri rasional istehlak.

P.S. Amma, ləzzətlə problemi qarışdırmaq olmaz, xüsusilə Tanrıdan gələn seks ləzzətini...
Tarix: 12-09-2020, 08:15
Xəbəri paylaş



Xəbər lenti