MUSA ÜMMƏTİLƏ SU TAPDI, XİLAS OLDU: BİZİ BU SAHƏDƏ NƏ GÖZLƏYİR?





İlhami Cəfərsoy.
Filologiya elmlər doktoru. AMEA-nın Qədim dillər şöbəsinin müdiri
Tarixən müharibələrin çoxu qlobal iqlim dəyişikləri ucbatından baş vermişdir. Şimalda güclü yağışlar yağanda insanlar cənuba köçmüş, cənubda quraqlıq başlayanda şimala çəkilmişlər. Əgər Volqa çayı boyundan begemont sümükləri tapılırsa, deməli nə zamansa Ural dağlarının ətəklərində Nubiyadakı, Efiopiyadakı istilik olmuşdur.
Yağışlar bol olanda Nil çayının suları 10-12 dəfə artırdı. Çağlayan sular çayın məcrasından çıxır, lilli münbit torpağı səhradakı çökəklərə yayırdı. Əkinçilər yüz min hektarlarla torpağa arpa, buğda toxumları səpirdilər.
Nil çayının suları 6 dəfədən az artanda sahildəki çökəkləri doldura bilmirdi. Münbit vadilər qırmızı səhralara çevrilirdi. Qocalar, uşaqlar susuzluğa dözməyib ölür, ən sağlam cavanlar qarşılarına keçənləri talaya-talaya şimala üz tuturdular.
Qədim Misir folklorunda qırmızı rəng fəlakət rəngidir. Çünki susuz səhra qırmızı rəngə çalır. Kara adlanan qara rəng isə bolluq, bərəkət rəmzi idi. Çünki Nil çayı daşanda vadiləri lilli qara torpaqla bərəkətli əkin yerlırinə döndərirdi.
Quraqlıq başlayanda fironlar daha da qəddarlaşır, vergiləri artırırdılar. Belə dəhşətli illərdən birində - e.ə. XIII əsrdə İliopol məbədinin müdrik kahini Amosiy (xristian salnaməçilər onu Moisey, yəhudilər Moşe, müsəlmanlar Musa adlandırırlar) 12 qəbiləni ətrafına toplayıb, Sinay dağına tərəf hərəkətə başladı.
Musa peyğəmbər Sarı Çin səhrasına çatanda ümməti bir udum suyun olmamasından əziyyət çəkirdi. Sarı Çin kahinləri onları hörmətlə qarşıladılar. Çünki onlar da Musa hümməti kimi Tək Allaha tapınırdılar.
Musa hümmətinin qəbilə başçılarından biri quraqlıq səhrada necə su tapmağın sirrini bilirdi. O, iki dananı buynuzlarından bir-birinə bağlayıb danalar qan-tərə batınca qovur, sonra onları açıb buraxırdı. Danalar səhranı dolaşıb hansı çuxuru ayaqları ilə eşirdilərsə, müdrik o çuxuru qazdırırdı. Və qazılan quyulardan içməli su çıxırdı.
Müqəddəs kitablarda həmin müdrik Anakim adlandırılır. Anakim ilahə Anaya tapınan etnosun patriarxı deməkdir. Bu məlumat onu göstərir ki, bizim əcdadlarımız həmişə zalımların yox, məzlumların yanında olmuş, aclara çörək, susuzlara su vermişdir.
“And olsun” kultural və multikultural “dəyərlərə”, bu tarixi bilgiləri mən özümdən uydurmuram. Belə işlərə görə hibridgenlər adamı qaz kimi çığırda-çığırda yolarlar. Dərisinə saman təpərlər. Qoy inanmayanlar gedib İosif Flavinin (I əsr) “İudeyanın qədimliyi” əsərini oxusunlar. Əgər zərrəcə şübhələri qalsa, Arximandrit İeronimin (III əsr) “Bibliya arxeologiyası” kitabının 1883- cü il Sankt-Peterburq nəşrini vərəqləsinlər.
Tarix: 5-09-2020, 08:48
Xəbəri paylaş



Xəbər lenti