Lotu Qulinin yerinə o keçib: Bazarlardan haqq almağa başladı - FOTO


Lotu Qulinin yerinə o keçib: Bazarlardan haqq almağa başladı -       FOTO
Nadir Səlifovun işlərini qardaşı, “qanuni oğru” Namik Bakinski davam etdirir
 
Avqustun 19-a keçən gecə Türkiyənin Antalya şəhərindəki otellərdən birində öldürülən “Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun işlərini, onun qardaşı Namik Səlifov davam etdirəcək. AYNA Rusiyanın “Novaya qazeta” nəşrinə istinadən bildirir ki, Lotu Qulinin kiçik qardaşı, 44 yaşlı “qanuni oğru” Namik Səlifov (Namik Bakinski) öldürülən qardaşının işlərini artıq qəbul edib.
Намик Салифов
Yazıda, hazırda Namik Bakinskinin Rusiyanın meyvə-tərəvəz bazarlarındakı alverçilərdən haqq aldığı vurğulanıb.
 
Qeyd edilir ki, Namik, Nadirlə birlikdə 1996-cı ilin oktyabrında Azərbaycanda məhkəmə qərarı ilə 27 il müddətinə həbs edilib. O, 2001-ci ilin aprelində vaxtından əvvəl həbsdən azad edilib. Namik Bakinski 2013-cü ildə İstanbulda “qanuni oğru” adını alıb.
 
Xatırladaq ki, Lotu Quli Antalyada yaxınında olan “qanuni oğru” Xan Bakinski (Xaqan Zeynalov) tərəfindən güllələnərək qətlə yetirilib. Nadir Səlifov İstanbul şəhərində dəfn olunub
Tarix: 26-08-2020, 20:10
Xəbəri paylaş



Xəbər lenti