Şəffaflıqdan dəm vuran Paşinyan 1,3 milyon dollarlıq saat taxır — FOTOLAR

"Nikol Paşinyan Ermənistanın bəlasıdır. Aqressiv, impulsiv, ciddi siyasətdən bixəbər, populist və s. olmaqla yanaşı, yalançıdır. Sürəkli olaraq demokratiyadan, şəffaflıqdan, "hakimiyyətin vətəndaş qarşısında cavabdeh"liyindən danışan, Facebook-da canlı yayımlar edərək özünü guya ermənilərə "onlardan biri" kimi təlqin etməyə can atan Nikol Paşinyan, əslində son aylarda sürətlə varlanıb".


Demokrat.az xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu bildirib.

E.Alıoğlunun sözlərinə görə, Paşinyanın sərvətinin artıq 339 milyon dolları keçdiyini iddia olunur: 

"BBC-dəki "Hard Talk" proqramına qatılan N.Paşinyan Stiven Sakurun suallarını cavablamağa çalışanda onun biləyindəki qol saatı diqqətimi çəkdi. Paşinyanın biləyində məşhur "Patek Philippe" şirkətinin istehsalı olan "Gondolo Tourbillon" vardı. Bu saatın da dəyəri 1,3 milyon dollardır".






Tarix: 15-08-2020, 21:27
Xəbəri paylaş



Xəbər lenti