Çernobıl
Bir qrup tədqiqatçı Çernobıl AES-in reaktorları yanında bitən göbələklərdə qeyri-adi xüsusiyyət aşkarlayıblar. Maraqlıdır ki, bu göbələklər radiasiyanı udmaqla qalmır, ondan böyümək üçün enerji olaraq istifadə edirlər.
Cryptococcus neoformans adlanan bu göbələklər intensiv radiasiya şüalarını qəbul edir, başqa bitkilər karbon qazı və xlorofili oksigen və qlükozaya tranformasiya etdikləri halda o radiosintezdən istifadə edir.
Alimləri göbələklərin bu xüsusiyyəti dərhal maraqlandırıb. Çünki bu göbələklər həm yerdəki radiasiya ilə mübarizə apara , həm də kosmik tədqiqatlarda istifadə oluna bilər.
NASA dərhal həmin göbələklərlə maraqlandığını bildirib. İlk eksperimentlərin uğurlu alındığı qeyd olunur.
Marsda radiasiya həddən artıq yüksəkdir. Orda salınacaq kaloniyalarda yaşayış məntəqlərinin ekranlaşdırılması problemi hələlik həllini tapmayıb. Çernobıl göbələyi isə həm ətrafdakı radiasiyanı yox edə, həm də özünü, ətraf mühitin ilkin səthini bərpa edə bilər. Eyni zamanda kosmonavtların radiasiyadan qorunmasında da bu göbələklərdən istifadə düşünülür.
Tarix: 13-08-2020, 19:49