Avqust ayında Yer kürəsində güclü maqnetik fırtına gözlənilir.
Qaynarinfo xəbər verir ki, bu haqda REN TV-nin məlumatında deyilir. Məlumata görə, fırtına avqustun 10-da orta intensiv olacaq, nəticədə insanların təzyiqi düşə bilər.
Sinoptiklərin məlumatına görə, 13-14 avqustda zəif fırtına olacaq. Bununla birlikdə, havaya həssas insanlar baş ağrıları və hətta miqrenlə qarşılaşacaqlar.
Avqustun 21-22 və 29-da güclü maqnit fırtınalarının olacağı gözlənilir. Mütəxəssislər, insanların həmin gün özlərini daha pis hiss edəcəyini, yuxu problemlərinin olcağını, miqren və oynaq ağrıları hiss edəcəklərini düşünürlər.
Tarix: 9-08-2020, 09:02