ÇiliDünyanın ən uzun ölkəsi deyəndə şimaldan cənuba uzanan torpaqlar nəzərdə tutulur. Bu mənada Çili bütün dövlətləri geridə qoyur.
Bizimyol.info xəbər verir ki, Argentinanın qonşu ölkəsinin uzunluğu 4220 kilometrdir. Çili haqda elə bu qədər maraqlı səslənəcək daha 5 fakt var.
1 – Rusiyanı saymasaq, Çili Avropada ərazisinə görə bütün dövlətləri geridə qoyar. Ölkə sərhədləri 757 min kvadratkilometr torpaqları əhatə edir. Çili bu göstəriciyə görə dünyada 37-ci yerdədir. Əhalinin sıxlığı ürəkaçandır. Çilidə cəmi 19 milyon insan yaşayır. Bunların 5.1 milyonu paytaxt Santyaqoda məskunlaşıb.
2 – Çili böyük mis ixracatçısı sayılır. Misdən başqa, bu ölkədə gümüş, manqan və dəmir də çoxdur.
3 – Çilinin balıq nəhəngi olması yenilik deyil. Çili qızılbalığıyla dünyanın çox ölkəsində qarşılaşa bilərsiniz. Cənubi Amerika dövlətinin şərabına da söz ola bilməz. Çili çoxlu meyvə də ixrac edir.
4 – Ölkə əhalisinin 5 faizi hindulardan təşkil olunub. Çiliyə İspaniyadan da gələn çox olub. Bundan başqa, ölkədə italyanlara, almanlara, xorvatlara, ərəblərə rast gəlmək mümkündür.
5 – Çilidə kişilər orta hesabla 77.5, qadınlar isə 82.5 il yaşayır. Təmiz hava və ekoloji təmiz qida öz sözünü deyir.
Tarix: 2-08-2020, 20:19