Tarixin gedişatını dəyişən müharibələr və təsirləri - FOTOLAR


Tarixin gedişatını dəyişən müharibələr və təsirləri -  FOTOLAR
Müəyyən şərtlər daxilində ortaya çıxan elə müharibələr var ki, dünyanın gələcəyini dəyişib. Əgər tarixdə bu müharibələr olmasaydı, indi fərqli bir tarix oxuyardıq.

Dominanat.az bu dəfə oxuculara dünyada tarixin gedişatını dəyişdirən 10 müharibə və onların təsirləri haqqında maraqlı məlumatlar təqdim edir.

1. Marafon döyüşü (e.ə. 490)



Afinalılar və farslar arasındakı ilk döyüş eramızdan əvvəl 490-cı ildə baş verib. Müharibə general Datisin komandanlığı altında olan yunanlarla Əhəməni ordusu arasında Marafon adlanan düzənlikdə baş verdiyi üçün tarixə Marafon Döyüşü kimi daxil olub. Bu müharibədəki farsların hərbi texnikası və əsgərlərinin sayı afinalılardan çox idi. Amma buna baxmayaraq, müharibənin qalibi Afinalılar oldu.

II Marafon Döyüşünü də qazandıqdan sonra Yunan şəhərləri və əyalətləri uzun müddət heç bir hücuma məruz qalmadı. Yunan bölgəsində dərin bir hüzur hökm sürdü. Elmi, bədii və mədəni inkişaf sayəsində Qədim Yunan mədəniyyəti yarandı və inkişaf etdi. Yunanlar Marafon döyüşündə farslara qarşı məğlub olsaydılar, yunan mədəniyyəti, incəsənəti və elmi inkişaf etməz və bu günümüzə qədər gəlib çatmazdı. Bu səbəbdən yunanların Marafon Döyüşündə qazandığı qələbələr tarixin ən vacib hadisələri arasında göstərilir.

2. Bədr döyüşü (624)



Müsəlmanların Məkkə qureyşiləri ilə vuruşduğu və qazandığı ilk müharibədir. Bu qələbə İslamın yayılmasında mühüm rol oynadı.

• Bu müharibənin müsəlmanlar üçün mənəvi təsiri çox böyükdür. Bu qələbə ilə Məhəmməd peyğəmbərin təsiri və müsəlman olmaq istəyənlərin sayı xeyli artdı.

• Bu qələbələrlə Mədinədəki bütpərəstlər də İslamı qəbul etməyə başladılar.

• Bədr döyüşünün sonunda Məhəmməd Peyğəmbərin məhbuslar və əldə edilən qənimətlərlə bağlı qərarları İslam müharibəsi qanununun əsasını qoydu.

• Bədr döyüşündə məğlub olan Məkkəlilərin nüfuzu Ərəbistanda sarsıldı.

• Bədr quyularının və Şam ticarət yollarının idarəsi müsəlmanların əlinə keçdi.

3. AN Luşan üsyanı (755 - 769)



755 - 769-cu illərdə Çində baş verən An Luşan qiyamında 40 milyon insan ölüb. Bu say o dövrdə dünya əhalisinin 1/6 hissəsi demək idi.

4. Səlib yürüşləri (1096-1270)



Səlib yürüşləri Papalığın təşviqi ilə xristianların müsəlmanlara qarşı təşkil etdiyi səfərlərdir. Papa İkinci Urbanusun 1095-ci ildə keçirilən Klermont Şurasında dini, siyasi, sosial və iqtisadi səbəblərə əsaslanan çıxışı Səlib yürüşlərini başlatdı. Müharibələr 1096-cı ildə Avropa Xristianlarınin Şərq müsəlmanlarına qarşı hücumları ilə başladı. Əsas məqsədi müqəddəs torpaqları müsəlmanlardan geri almaq və şərqin qabaqcıl texnologiyasını ələ keçirmək olan yürüşlər əsrlər boyu davam edərək milyonlarla insanın ölümünə, dövlətlərin məhvinə və ölkələrin məhvinə səbəb olmuşdu.

5. İstanbulun fəthi (1453)



1000 illik Bizans dövləti sona çatdı.

• İstanbulun fəthi orta əsrlərin sonu və yeni əsrin başlanğıcı kimi qəbul edilir.

• Qalaların və şəhər divarlarının top atəşləri ilə dağılacağı aydın oldu. Bu inkişaf Avropadakı feodal rejiminin gücünün itirilməsinə və mütləq səltənətlərin güclənməsinə səbəb oldu.

• Fəthdən sonra İtaliyaya gedən Bizans alimləri İntibah hərəkatının başlamasında təsirli idilər.

• Ticarət yollarının Osmanlı Dövlətinin əlinə keçməsi avropalıları yeni axtarışlara apardı və Coğrafi Kəşflərə səbəb oldu.

• Avropa ölkələri İstanbulda ilk daimi səfirliklər açmağa başladılar.

• Pravoslav insanlar qoruma altına alındı və Avropanın dini birliyinin qarşısı alındı.

6. Vaterloo döyüşü (18 iyun 1815)



"Vaterloo müharibə deyil, dünyanın dəyişməsi deməkdir", - Vikor Hüqo.

Bu döyüş dünyaşöhrətli yazıçının da dediyi kimi, adi bir müharibə deyil, dünyanın müqəddəratını təyin edən bir hadisədir. Napoleonun son müharibəsi olan Vaterloo döyüşündə Napoleonun komandanlığı altında Fransa ordusu Anglo-Prussiya ittifaqına qarşı vuruşdu. Bu müharibə Elba sürgünündən qaçdıqdan sonra yenidən taxta çıxan Napoleonun məğlub olması ilə nəticələndi. Dünya tarixinin ən güclü liderlərindən biri olan Napoleon yenidən sürgünə göndərildi və ömrünün sonuna kimi sürgündə qaldı.

Tarixçilər bir şeyə çox əmindirlər, əgər Napoleon Vaterloo qələbəsini qazansaydı, dünya tarixi indi tamamilə fərqli olardı.

7. Amerika Birləşmiş Ştatlarındakı Vətəndaş Müharibəsi (1861 - 1865)



Amerika Birləşmiş Ştatlarındakı Vətəndaş Müharibəsi tarixi bir hadisədir.

Müharibənin nəticələri:

• Müharibənin sonunda cənubdakı bütün qullara azadlıq verildi.

• Qısa müddətdən sonra qullar səsvermə hüququnu qazandılar.

• ABŞ-ın cənubunda köləliyə əsaslanan kənd təsərrüfatı iqtisadiyyatı başa çatdı.

• ABŞ parçalanma təhlükəsini dəf etdi və vahid bir ölkə olaraq birləşdi.

8. Birinci Dünya Müharibəsi (1914 - 1918)



Birinci Dünya Müharibəsi adını tarixə yazmış ən böyük müharibələrdəndir. Bu müharibədən sonra dünyanın düzəni dəyişdi.

I Dünya Müharibəsi

• ABŞ-ı dünyanın super gücünə çevirdi. Avropa ölkələrinin imzaladığı ağır müqavilələr nəticəsində ABŞ-ın Avropa iqtisadiyyatına müdaxilə etmək imkanı yarandı.

• Müqavilələrdə qızıl indeksi kimi ağır şərtlər dünya iqtisadi böhranının yaranmasında təsirli idi və dünya iqtisadi böhranı da II Dünya Müharibəsi idi. Dünya müharibəsinin başlaması üçün bir mühit hazırlanmışdı.

• Polşa, Çexoslovakiya, Yuqoslaviya və Macarıstan dövlətləri yaradıldı.

• Avropa və Asiyada dövlətlərarası balans pozuldu, Osmanlı, Avstriya-Macarıstan və Rusiya imperiyaları tarixə qovuşdu.

• Müstəmləkəçilik ad dəyişdirdi.

9. II Dünya müharibəsi (1939 - 1945)



II Dünya müharibəsi dünyanın siyasi xəritəsini müəyyənləşdirən müharibədir. Tarixin axarını dəyişən ən vacib müharibələrdən biridir. Bu müharibə zamanı dünyanın super güc balansı gah o tərəfə, gah bu tərəfə dəyişdi. Millətçi Sosialist Partiyası (sonradan Nasist Partiyası adlandırıldı) Almaniyada ağır şərtlər altında olan və iqtisadi çöküş yaşanan zaman bir ümid olaraq görüldü və Hitler partiyanın başına gətirildi.

Hitler Almaniyadakı iqtisadi böhranla bağlı hadisələri yəhudilərlə əlaqələndirdi və onları günahlandırdı. Yəhudilərin irqçiliklə və yalnız öz icmalarında olanları qorumaqla almanlara iş vermədiklərini bəyan etdi. Arxasınca inanılmaz bir kütləni aparan Hitler iqtisadi böhrandan çıxış yolunu yəhudi soyqırımı törətməkdə gördü. Ölkəni silahlandıraraq Birinci Dünya Müharibəsi nəticəsində imzalanan Versal müqaviləsini pozdu. Reyn bölgəsinə əsgər yeritdi. Sonra Polşanı işğal etdi və II Dünya müharibəsinə başladı.

Nasist Almaniyası qış mövsümündə Rusiyaya girmək qərarına gələnə qədər, qarşısına keçən hər yeri fəth etməyə başlayıb, Almaniya ərazisinə qatdı. 1942-ci ilin qış aylarında Stalinqradda məğlub olan alman ordusu Berlinə qayıtdı. 1945-ci ildə Sovet İttifaqı Berlinə girərək dünyada nasist hökmranlığına son qoydu. Bununla da II Dünya Müharibəsi başa çatdı.

Müharibənin sonunda:

• ABŞ və Sovet İttifaqı dünyanın iki super gücünə çevrildi.

• Dünya ABŞ bloku, Sovet İttifaqı bloku və bu bloklarda iştirak etməyənlərin yaratdığı üçüncü blok olaraq 3-ə bölündü. Bloklar arasında soyuq müharibə başladı.

• Müstəmləkə dövlətlərinin ağır vəziyyətə düşməsi səbəbindən müstəmləkə dövrü başa çatmağa başladı.

• Müstəmləkəyə çevrilmiş Hindistan, Pakistan, Liviya, Əlcəzair və Tunis kimi bir çox ölkələr, Qurtuluş Savaşını nümunə götürərək müstəqillik qazandı.

10. Qurtuluş Savaşı (1919-1922)



Birinci Dünya Müharibəsində Osmanlı İmperiyasının məğlubiyyətini rəsmləşdirən Mudros Müqaviləsi (30 oktyabr 1918) ilə Anadolu və Trakya hər cür cəbhəyə açıq idi. Çünki Mudrosun atəşkəs müqabilində qeyd olunan müddəaları qalib dövlətlərə zəruri hesab etdikləri zaman hər yeri işğal etmək hüququ verirdi. İşğallar müqavilədən dərhal sonra başladı, ingilislər, fransızlar, italyanlar hər yeri işğal etməyə başladılar. Ermənilər üsyan qaldırdılar. Yunanlar vəd olunan yerləri ələ keçirmək üçün hərəkətə keçdilər.

1919-cu ildə Mustafa Kamal Atatürk Samsuna gedərək vətəndaş təşkilatlanmasına başladı. 10 avqust 1920-ci ildə Osmanlı hökuməti türklərin ölüm hökmü hesab etdikləri Sevr müqaviləsini imzaladı. 23 aprel 1920-ci ildə Atatürk Türkiyə Böyük Millət Məclisini qurdu və bu Məclis Sevr müqaviləsini imzalayanların hamısını satqın elan etdi.

Mustafa Kamalın mülki ordusunun müqaviməti çox uğurlu alındı və işğalçı qüvvələr Türkiyə torpaqlarından qovuldu. Mudanya müqaviləsindən sonra Lozanna müqaviləsi bağlandı və Türkiyə Cümhuriyyəti bütün dünyada müstəqil dövlət kimi qəbul edildi. Qurtuluş Savaşı sonradan bütün dünyada hüquqları istismar olunan dövlətlərə nümunə oldu.

Nurlan Hüseyn
Tarix: 29-07-2020, 09:57
Xəbəri paylaş



Xəbər lenti