ABŞ Çini günahlandırıb - Koronavirus vaksininin hazırlanması üsulunu oğurlamaq cəhdində



Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ədliyyə Nazirliyi Çinin iki vətəndaşına qarşı ittiham irəli sürüb. Nazirlikdən bildiriblər ki, Çin vətəndaşları yüzlərlə təşkilatın, o cümlədən, hökumət təşkilatlarının kompüter sistemini sındırmaqda günahlandırılır.
Hakerlərin oğurlamaq istədikləri məlumatlar arasında koronavirusa qarşı vaksinin işlənməsnə dair materiallar da var. Nazirliyin informasiyasına görə, haker hücumunun bəzi epizodlarında şəxsi gəlir məqsədi güdülüb,
Digərləri isə Çin Xalq Respublikası (ÇXR) xüsusi xidmətlərinin və ya hökumətinin tapşırığı əsasında həyata keçirilib.
Qeyd olunur ki, onlar ABŞ-ın təhlükəsizliyini təhdid altına alacaq məlumat terabaytlarını oğurlamağa müvəffəq olublar.
Baş prokurorluq nümayəndəsinin bəynatında deyilir ki, Çin «utanmaz ölkələr klubuna daxil olub» və özünün maraqlarına xidmət etmək qarşılığında, kibercinayətkarlara sığınacaq verir. İddia olunur ki, həmin «klub»da Rusiya, İran və Şimali Koreya da var./AzPolitika.info/
Tarix: 23-07-2020, 08:42
Xəbəri paylaş



Xəbər lenti