23 ölkə təhlükədə: Əhalisinin yarısı yox olacaq – ARAŞDIRMA



Əsrin sonuna qədər 23 ölkənin əhalisinin sayı yarıbayarı azalacaq. Bu barədə ABŞ-ın Vaşinqton Universitetinin elm adamları tərəfindən aparılan araşdırmada deyilir.
Proqnozlara görə, 2100-cü ildə hazırda 1,4 milyarda yaxın əhalisi olan Çində insanların sayı 732 milyona qədər düşə bilər. Yaponiya, İtaliya və Cənubi Koreyada da sürətli əhali azalması gözlənilir. Yaponiya əhalisinin 126 milyondan 53-ə, İtaliyanın 61 milyondan 28-ə enəcəyi bildirilir.
Araşdırmaya əsasən, əsrin sonuna qədər dünya miqyasında doğuşlar 1,7%-dən aşağı düşəcək. Bundan başqa, 2064-cü ildə dünya əhalisinin sayının 9,7 milyarda çatacağı, 2100-cü ildə isə 8,8 milyarda geriləcəyi gözlənilir.
Bu proqnozların əksinə, Afrika qitəsində əhali sayının 3 qat arta biləcəyi qeyd edilir. (publika.az)
Tarix: 20-07-2020, 09:01
Xəbəri paylaş



Xəbər lenti