Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş bəyan edib ki, dünya sosial bərabərsizliklə doludur.Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.
Onun sözlərinə görə, hazırda dünyadakı var-dövlətin yarısı 26 ən varlı insana məxsusdur.
“Dünya əhalisinin 70% -dən çoxu artan bərabərsizlik şəraitində yaşayır. Onların gəlir əldə etmək problemləri var və həyatda uğur qazanma şansları irqindən, cinsindən və digər amillərdən asılıdır. Eyni zamanda, dünyada bütün var-dövlətin yarısı 26 nəfərə məxsusdur”.
Tarix: 19-07-2020, 07:11