Qurban bayramının sərt karantində necə keçəcəyi açıqlandı - Şərtlər

Qarşıdan Qurban bayramı gəlir. Bu bayram islam ölkələrində, o cümlədən Azərbaycanda geniş və təmtəraqlı qeyd olunur. Bu il bir çox bayramlar kimi Qurban bayramı da pandemiya dövrünə təsadüf edəcək və burada əsas məsələ gigiyenik qaydaların, əsas da yoluxma riskinin az olması üçün sosial məsafəyə diqqət etməkdir.
İyulun 31-i və avqustun 1-i günləri ölkədə Qurban bayramı qeyd ediləcək və ümumilikdə 4 qeyri-iş günü elan edilib. Hazırda iyulun 20-dək Bakı, Abşeron, Sumqayıt, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Cəlilabad, Mingəçevir, Yevlax şəhərlərində və Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilməkdədir. Artıq bayramın pandemiya dövründə və sərt karantin tətbiq edilən şəhərlərdə, rayonlarda necə keçəcəyi, qurban kəsimlərinə hansı şərtlərlə icazə veriləcəyi məlum olub.
İlahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmisi Hacı Şahin Həsənlinin “Yeni Müsavat”a bildirdiyinə görə, qurban kəsmək Həcc ziyarətində olanlara aiddir. Onun sözlərinə görə, digər şəxslərin qurban kəsməsi müstəhəb, yəni bəyənilən əməl sayılır, lakin vacib deyil.
Hacı Şahin qeyd etdi ki, bu il qurbanların kəsilməsi ilə bağlı xüsusi təlimatlar olacaq: “Vacib məsələlərdən biri kütləvi toplaşmamaq, gigiyenik qaydalara riayət etməkdir. Hər halda münasib kəsim məntəqələri ayrılacaq, yalnız həmin yerlərdə qurbanların kəsilməsinə icazə veriləcək və gigiyenik qaydalara əməl olunması tələb ediləcək. Amma kəsim məntəqələrinə kütləvi toplaşmaq yolverilməzdir”.
QMİ nümayəndəsi əlavə etdi ki, bu il məscidlərdə qurban namazları da qılınmayacaq: “Bilirsiniz ki, pandemiya ilə əlaqədar dini ayinlər, məscidlərdə namazların qılınması dayandırılıb. Eynilə Qurban bayramında da məscidlərdə toplaşma olmayacaq. Biz tövsiyə edirik ki, insanlar karantin qaydalarına riayət etsinlər, kütləvi olaraq kəsim yerlərinə toplaşmasınlar, göstərilən yerlərdə bir neçə adamın iştirakı ilə qurban kəsilməsi kifayət edir. Hazırda ölkəmizdə koronavirusla mübarizə aparılır, hər gün yoluxmalar 500-dən yuxarıdır və insanların sosial izolyasiyanı gözləməsi, sağlamlığını düşünməsi vacibdir”.
Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı şöbəsinin müdiri Qalib Əbdüləliyev “Xəzər” TV-yə deyib ki, əti əvvəlcədən market və ya ət kəsimi məntəqələrindən sifariş etmək də olar. Onun sözlərinə görə, heyvan kəsimində iştirak edən hər kəs həkim müayinəsindən keçməlidir. Sağlamlıq sənədi olmayan şəxslər bu işin icrasından uzaqlaşdırılacaqlar. O bildirib ki, kəsim və satış ilə məşğul olanlar maska taxmalı, ara məsafəsini gözləməlidirlər. Bu şəxslərin COVID-19 testindən keçməsi isə mütləqdir. Çünki bayram günü Agentlik tərəfindən mütəmadi reydlər təşkil olunacaq. Əgər kimdəsə testin cavabı olmasa, həmin şəxs müəssisədən kənarlaşdırılacaq.
Məlumat üçün deyək ki, Qurban bayramıİslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir.
Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır olur, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda yazılıb. Lakin Allah bunu öz elçisinə rəva bilmir və qurbanlıq üçün ona bir qoç göndərir. Buna görə Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı dövlət səviyyəsində bayram edilir.
“Yeni Müsavat”
Tarix: 11-07-2020, 08:20
-
Dünən, 23:22
ADY yerdə əlavə vaqon qoşur, qiymətlərsə “göylə gedir”
-
Dünən, 23:18
Rayon rəhbəri Bəyimsarov kəndində Birinci dərəcəli “Əmək” ordenli Fazil Vəliyevin pambıq tarlalarına baxış keçirib
-
Dünən, 23:11
“Xalqı dövlətə qarşı qaldırır” - Sahib Məmmədovdan Prezidentə ŞİKAYƏT
-
Dünən, 23:10
Macarıstanda deputat maaşı azaldıldı – Azərbaycanda da mümkündür?
-
Dünən, 23:08
İcra başçısı şəhid atası Kamil İsmayılovu 60 illik yubileyi münasibəti ilə təbrik edib
-
Dünən, 23:04
Faizsiz kredit, yoxsa yeni borclanma? - Məcnun Məmmədovun planı nədir?
-
Dünən, 23:01
İcra başçılarının PULU kəsilir: Nazirdən ANONS - GƏLİŞMƏ
-
Dünən, 22:57
Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – İmişlidə Direktor Özbaşınalığı və regional rəhbərliyin "Haqq" Məntiqi!
-
Dünən, 13:37
“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı
-
Dünən, 13:33
AYNA üçün vacib olanı qazancdır...
-
Dünən, 13:01
İcra başçısı şəhid anası Pərvanə Əhmədovanı 55 illik yubileyi münasibəti ilə təbrik edib
-
Dünən, 12:47
Gəncədə zibilə ayrılan milyon... - TƏFƏRRÜAT
-
Dünən, 12:44
“Kontakt Home”da fantastik cərimə skandalı - Məhkəmə özbaşınalığı durdurdu
-
9-06-2026, 22:02
Ankara hesablayır, Bakı əsəbiləşir: Paşinyan niyə problemə çevrildi?
-
9-06-2026, 21:54
Ekspert rəyi, yoxsa sifarişli narrativ? - BBC-nin görünməyən tərəfləri
-
9-06-2026, 21:46
74 gündür evlərə nə girə bilirlər, nə də çıxa - "Kömək etmək istəyəni də qoymurlar" - VİDEO
-
9-06-2026, 21:44
QHT-lərə Dövlət Dəstəyi Agentliyində gözlənilməz ayrılıq - iki layihə meneceri vəzifədən gedib
-
9-06-2026, 14:06
CHP qurultay qərarı verdi – Kılıçdaroğlu geri çəkildi, tarix açıqladı
-
9-06-2026, 13:53
Masazır kəndində ANTİSANİTAR VƏZİYYƏT: “Çirkab sular açıq şəkildə əraziyə axır”
-
9-06-2026, 11:05
Seçki sonrası şok: Ermənistanı siyasi partlayış gözləyir - İNCƏLƏMƏ
-
9-06-2026, 10:12
AAYDA bizi Tanrının ümidinə qoyub - Səxavət Məmməd yazır
-
9-06-2026, 10:08
Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
-
9-06-2026, 09:58
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı "Frutti Agro" MMC-nin intensiv meyvə bağları və müasir suvarma infrastrukturu ilə tanış olub
-
8-06-2026, 23:15
“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?”
-
8-06-2026, 21:16
ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi
-
8-06-2026, 21:06
Adının “Kəmaləddin” yazılmasına etiraz edir, yazmağı isə... - Deputat Qafarovla bağlı İDDİALAR
-
8-06-2026, 20:57
BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU – “Mühazirələr kosmosdan yayımlanacaq?”
-
8-06-2026, 10:39
Ukrayna müharibəni rusların evlərinə gətirib - CNN
-
8-06-2026, 09:11
AZAL-ın göylə “uçan” qiyməti,yerlə “sürünən” xidməti…
-
8-06-2026, 09:06
NÖVBƏTİ İXTİSAR DALĞASI ANONSU: Durun, cənablar... - NHMT sədri ÇAĞIRIŞ ETDİ