İnsan bədəninə yerləşdirilən çip, koronovirus və Bill Geyts söhbətləri...


Dünyanın müzakirə etdiyi bu üçlük arasında hansı əlaqə var; Geyts əmindir ki, koronavirus çipyerləşdirmə üçün əsas yaratmır, çünki vaksin hazırlandıqdan sonra buna ehtiyac qalmayacaq

Koronavirus pandemiyası dünyanın müxtəlif bölgələrində genişlənməyə davam etdiyi bir vaxtda insanlar arasında onun “yaradıcıları”, həmin “yaradıcıların” məqsədləri barədə şayiə və fərziyyələr sürətlə yayılmaqdadır. Hələ aprel ayının əvvəllərindən etibarən koronavirusun məqsədyönlü şəkildə, bütün dünya əhalisini idarə etmək üçün onlara çip yerləşdirilməsinə nail olmaq üçün yayıldığı iddiaları mətbuat və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bu müzakirələrdə “gizli qüvvələrin” başında dayananlardan birinin “Microsoft”un yaradıcılarından biri, dünyanın ən varlı insanlarından olan Bill Geytsin olduğu vurğulanır.
Son günlərdə isə bu müzakirələr sosial şəbəkələrin Azərbaycan seqmentinə keçib. Hətta çipyerləşdirmə təhlükəsinə dair məşhur votsapp xəbərdarlıqları da yayılmaqdadır.
Qeyd edək ki, insan bədəninə mikrosxemlərin yerləşdirilməsi ilk dəfə 2015-ci ildə nümayiş etdirilib. Çipyerləşdirmə üçün məmulatlar hazırlayan “Dangerous Things” şirkətinin rəhbəri bu işə 2005-ci ildən, özü də ilk dəfə özünün üzərində icra etməklə başladığını deyir.
Çipin insan bədəninin müxtəlif nayihələrinə yerləşdirilməsi ucu kifayət qədər yoğun iynə ilə yerli keyitmə altında həyata keçirilir. NFC-işarəli mikrosxem və ötürücü miniatür şüşə kapsula yerləşdirilir. Smartfon və ya bilərzikdən fərqli olaraq, dərinin altına yerləşdirilən bu kapsulu itirmək ehtimalı yoxdur. Çiplərə enerji təchizatına ehtiyac yoxdur -  bir çip özündəki enerji ilə illərlə işləyə bilir. Buna səbəb yalnız lazım gəldikdə işə düşməsidir.
Çip yerləşdirildikdən sonra əl aşağıdakı əlavə finksiyaları əldə edir:
- çipi əvvəlcədən rəqəmsal açarla proqramlaşdırdıqdan sonra istənilən qıfılı açardan çıxarmaq;
- trenajor zalında abunə kartı axtarmadan avtorizasiyadan keçmək;
- gediş haqqı ödəmək;
 - bir çox hallarda pasport olmadan çipdən identifikator kimi istifadə etmək;
- sadə əl toxunuşu ilə smartfona informasiya ötürmək.
Belə mikroşiplərin istifadə dairəsi olduqca genişdir. Onun vasitəsilə supermarketlərdə ödəniş etmək, istədiyin ödəniş sistemindən istifadə etmək kimi əməliyyatların ən qısa müddətdə mümkün olacağı gözlənilir.
Dünyada ən çox çip yerləşdirilən insan İsveçdə yaşayır. Bu ölkədə çipdən istifadə edənlərin sayı gündən-günə artır. Ümumilikdə dünya üzrə çip yerləşdirilən insanların sayı 20 minə yaxınlaşır. Rusiyada bu üsuldan yararlananlar 300 nəfərdən yuxarıdır. Nəhayət, ən mühüm məsələ - 1 RFID -çipin yerləşdirilməsi 30 dollara başa gəlir.
Çipyerləşdirmədən yalnız texnoloji deyil, tibdə, incəsənətdə və digər sahələrdə də istifadə edirlər. Bunlar arasında ən mühümü tibb sahəsidir. “Grindhouse” şirkətinin hazırladığı “Tsirkadiya” çipləri insan bədəninin temperaturunu izləyə bilir. Mühəndislər bu çiplərə nəbzi, qandakı oksigenin miqdarını da nəzarətdə saxlamaq üçün finksiyalar əlavə etmək niyyətindədirlər. Hətta qanda şəkərin miqdarını tənzimləyən çiplərin hazırlanması ilə məşğul olan firmalar da  var. Bu çiplərin mədəaltı vəzi əvəz etməyə qadir olacağı gözlənilir.
Bəzi hesablamalara görə, dünya əhalisinin 10 faizə yaxını kağız pasportdan, sürücülük vəsiqəsindən və digər sənədlərdən qurtulmaq üçün əlinə çipin yerləşdirilməsində maraqlıdır.
Kim beyninde 'çip' ister? - Umut Fırat Eroğlu | Köşe Yazıları
Aydın məsələdir ki, hər bir mikrosxemi “sındırmaq” - məlumat bazasına müdaxilə etmək mümkündür. Belə təhlükə insan oqranizminə yerləşdirilən sxemlər üçün də mövcuddurmu?
Çipləri hazırlayanlardan biri olan “Bionyfiken” şirkətinin yaradıcısı Hnnes Syeblad bildirir ki, çipyerləşdirmə tamamən təhlükəsiz və zərərsizdir. Çipə yerləşdirilən məlumatlar o qədər şəxsi, şifrələnmiş və məhdud həcmdədir ki, onları əldə etmək hakerlər üçün maraq doğurmaz.
Bir çox mütəxəssislər hesab edirlər ki, insan oqranizmi çiplərin vasitəsilə modernləşir və bu proses 5-10 il ərzində bütün dünyada kütləvi xarakter alacaq. Bu zaman çiplərə yerləşdirilən informasiyaların da sayı artacaq - bank məlumatları,  hesablara giriş, onların idarə olunması və sair funksiyalar da çiplərlə həyata keçirilməyə başladıqdan sonra hakerlərin həmin məlumatları əldə etmək həvəsi də yaranacaq. Hətta bəzi mütəxəssislər bəzi bədniyyət qüvvələrin çiplər vasitəsilə insanların davranışlarına təsir etməyə, onları lazım olan istiqamətlərdə yönləndirməyə çalışacaqları barədə xəbərdarlıq edirlər. Bu xəbərdarlıqlar koronavirus pandemiyası meydana çıxandan, xüsusilə son həftələrdə geniş təbliğ olunmaqdadır.
İsveç'te İnsanlar Ellerine Çip Taktırıyor - YouTube
Maraqlıdır ki, nəinki sadə insanlar, bir çox rəsmi şəxslər də bu təhlükəni real saymaqdadırlar. Məsələn, ABŞ-ın Miçiqan ştatının qanunverici orqanının üzvləri insanlara öz razılıqları olmadan çip yerləşdirilməsini qadağan etməyə hazırlaşırlar. Bu, xüsusilə işəgötürənlər və onların əməkdaşlarına şamil olunacaq. Qanun layihəsi işçilərə çip yerləşdirməyi qadağan edir. Bu, yalnız o halda mümkün olacaq ki, işçi könüllü şəkildə müraciət etsin. Belə layihənin ortaya çıxmasına səbəb isə son illərdə xeyli sayda şirkətin öz işçilərinin əmək fəaliyyətinə nəzarət etmək üçün RFID-çiplərdən istifadə ideyasının reallaşdırılmasına çalışmasıdır. Bu isə konfidensiallıq və insanların şəxsi təhlükəsizliyi ilə bağlı təhdidlər formalaşdırır. Miçiqan qanunvericiləri çipyerləşdirmənin ştat üçün hazırda təhlükəli həddə olmadığını bildirirlər. Onlar hesab edirlər ki, qanun belə bir təhlükənin formalaşmasının qarşısını alar.
Bəs dünyanın ən varlı adamlarından biri olan Bill Geytsin adı çip qalmaqalında niyə hallanır? Məsələ burasındadır ki, 5 il əvvəl Bill çox qorxunc proqnoz səsləndirımişdi. Bildirmişdi ki, yaxın illərdə milyonlarla insan müharibə və digər hadisələrdən deyil, qorxulu virusun yayılması nəticəsində həyatını itirəcək. Koronavirus pandemiyası meydana çıxdıqdan sonra insanlar milyarderin bu xəbərdarlığının məhz COVID-19-la bağlı olduğu qənaətinə gəldilər. Tezliklə koronavirus və çipyerləşdirmənin xüsusi qüvvələr tərəfindən hazırlanan qəsd və bu qüvvələrin rəhbərlərindən birinin də məhz Bill Geyts olduğuna dair materiallar pik səviyyəyə çatdı.
Eroinden kurtaran tedavi, bonzai bağımlılığına işlemiyor - Sağlık ...
Milyarderin pandemiya və sağlamlığın mühafizəsi işlərinə daha çox vaxt ayırmaq üçün “Microsoft”un idarə heyətindən çıxması qərarını açıqlaması odun üzərinə yağ elavə etməyə bənzədi. Bütün dünyada onun koronavirusu insanlarda kütləvi çəkildə çipyerləşdirməyə nail olmaq üçün yaydığına dair versiyalar yayıldı. Maraqlıdır ki, Bill Geytsin özü də bu məlumatlardan xəbərdardır və onları axmaqlıq adlandırır. Onun koronavirusdan sonra insanlara çiplərin yerləşdirilməsinin gərəkdiyinə dair çıxışı da tövsiyə xarakteri daşıyır. Pandemiyanın məhz onun tərəfindən çipyerləşdirmə üçün təşkil olunmasını da milyarder boş və mənasız söhbətlər adlandırır. Lakin bu barədə hər hansı təkzib açıqlaması verməyi də artıq hesab edir: onsuz da mənası yoxdur...
Bill Gates 'Corona Virüsü' salgınını 5 yıl önce bilmiş! Bakteriler ...
BBC-yə müsahibəsində Geyts belə şayiələrin yaranmasının onu narahat etdyini deyib. O əmindir ki, koronavirus çipyerləşdirmə üçün əsas yaratmır, çünki vaksin hazırlandıqdan sonra buna ehtiyac qalmayacaq. Dünyada əhalinin 80 faizindən bir qədər artığını peyvəndləməklə ümumi immunitetə nail olmaq mümkündür. İnsanlar beyinlərini miflərlə doldurub bu reallığı qəbul etməsələr, hələ çox ölümlər baş verəcək.
Yeri gəlmişkən, Bill Geyts virusa və onun nəticələrinə qarşı mübarizəyə 300 milyon dollar ayırıb./“Yeni Müsavat”/

Tarix: 30-06-2020, 08:48
Xəbəri paylaş



Xəbər lenti