“Azəravtoyol” ASC-nin “Boz kardinalı” – Əvəz Qocayev bu qədər var-dövlətə necə sahib olub? – GÖZQAMAŞDIRAN SİYAHI (VİDEO)
Azərbaycanda məmurların sahib olduqları malikanələr, yaxtalar, yüz minlik avtomobillər, biznes, daşınmaz əmlak, dəyəri milyonlarla ölçülən var-dövlət haqqında məlumatlar yerli, eləcə də beynəlxalq media qurumlarında zaman-zaman tirajlanıb. Serhed Tv xəbər verir ki, bu dəfə sosial şəbəkələrdə “Azəravtoyol” ASC-nin sədr müavini Əvəz Qocayevin sərvətlərinin siyahısı yayılıb: 1. “Ocaq” ailəvi restoran (Binəqədi, Digah yol kəsişməsi 4) 2. Yasamal, Xətayi, Sabil rayonlarında “Ocaq” (restoran, kafe, art) şəbəkəsi 3. Tovuz rayonu Əyyublu kəndində böyük ferma, artezian quyular 4. Port Bakunun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil 5. “NN” Gözəllik salonları şəbəkəsi (şəhərin müxtəlif yerlərində- qızı Xatirə Qocayeva idarə edir) 6. H.Əliyev küçəsində “Real” MTK-də 380 kv.m olan ofis (ASAN xidmətin arxası) 7. Binəqədi rayonu Cəfər Xəndan küçəsi 28, mənzil 23 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil 8. Özəl və dövlət banklarında arvadı Tamella Qocayevanın adına 10 milyon manat depozit ( arvadının və ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş, təkcə bu depozitlərdən 12 faizlə aylıq faiz gəlir təxminən 200 min manat) 9. Hazırda oğlu Anar Qocayev İnterpol Baş İdarəsində rəis müavini vəzifəsində çalışır. 10. Köhnə “Varovski”da 3 mərtəbə villa 11. Novxanıda ayrı-ayrılıqda 3 villa 12. “Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil 13. “REAL” MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil 14. Port Bakuda 150 kv m daha bir mənzil 15. Binəqədi rayonunda böyük torpaq sahələri 16. Moskvada mənzil, Türkiyədə məşhur Leventdə mənzil 17. Qızı Xatirə Qocayevanın adına 2 milyon depozit 18. Şüvəlanda villa 19. Özünə və ailsəinə məxsus “Rang Rover”, “Audi Q7”, “Sklass Mercedes”,” Porche”, “BMW” markalı bahalı avtomobillər 20. Tovuz rayonunun özündə və Əyyublu kəndində tikinti materialları mağazası 21. Dərnəgüldə tikinti materialları mağazası 22. Bir tender şirkəti, “Polat Qapı Yol” şirkəti ilə şəriklik və s… Qeyd edək ki, yayılan məlumata “Azəravtoyol” ASC münasibət bildirməyib.