Ötən gün Səhiyyə Nazirliyində keçirilən xüsusi əməliyyat ölkədə bir mənalı qarşılanmadı.
DOSYE.ORG-a məlumat verən mənbənin sözlərinə görə səhiyyə nazirinin müavini vəzifəsindən azad olunan Elsəvər Ağayev da məsüliyyətə cəlb edilməlidir. İşlədiyi dövürdə kifayət qədər nöqsanlara yol verən eks-nazir müavini artıq vəlvələ içindədir. Əldə etdiyimiz məlumatlara inansaq, E. Ağayev hüquq mühafizə orqanları tərəfindən dindiriləcək.
Qeyd edək ki, plastik cərrahlara saxta sertifikatların verilməsi ilə bağlı məsələdə Səhiyyə Nazirliyinin yüksək vəzifəli məmurlarının – nazir müavini İlqar Qasımov və İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın adı hallanırdı.
Araşdırmalarımız davam edir.
DOSYE.ORG