
Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası tibbi sərf mallarının alınması ilə bağlı “PAŞA-K” firması ilə müqavilə bağlanıb.
Plat.az xəbər verir ki, qurum şirkətə 1 milyon 220 min 611 manat ödəniş edəcək.
Qeyd edək ki, “PAŞA-K” firmasının nizamnamə kapitalı 2 manat təşkil edir. Şirkət 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Firmanın qanuni təmsilçisi isə Elxan Rzayev Abduləli oğludur.