8 tender, 160 milyonluq sifariş – «Hovers Group» hansı qurumların tenderlərini udur?

Azərbaycanda iri həcmli dövlət satınalmalarının aktiv qaliblərindən biri də «Hovers Group» MMC-dir (VÖEN: 1501843641).

Bizimesr.media xəbər verir ki, şirkət 2011-ci ildə yaradılsa da, 2024-cü ildən etibarən tenderlərin qalibi olur.

Beləliklə, «Hovers Group» MMC bu il 2 dövlət qurumu ilə 50 milyon 553,8 min manatlıq satınalma müqaviləsi imzalayıb. “Tikilməkdə olan Obyektlərin Müdiriyyəti” PHŞ Zərdab rayonunun Dəkkoba kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması tədbirlərini bu şirkətə tapşırıb və 9 milyon 287,3 min manatlıq satınalma müqaviləsi imzalayıb.

“Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" PHŞ də Laçın şəhərində yeni yaşayış məhəlləsinin tikintisinin təşkili ilə bağlı şirkətə 41 milyon 266,4 min manatlıq sifariş verib.

Ümumiyyətlə, «Hovers Group» MMC "Tikilməkdə olan Obyektlərin Müdiriyyəti" PHŞ-nin sevimli şirkətidir. Qurum 2025-ci ildə bu şirkətə 53 milyon 956,1 min manatlıq işlər gördürüb.

Bundan başqa, şirkət 2025-ci ildə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətindən 230,4 min manatlıq, "Su Meliorasiya Xidməti" PHŞ-dən 28 milyon 740 min manatlıq sifariş alıb.

Şirkətin qalibi olduğu tenderlər daha ətraflı:

S/N

Satınalan təşkilatın adı

Satınalma predmeti

Təklifin qiyməti

Yekunlaşma tarixi

 

 

1

"Tikilməkdə olan Obyektlərin Müdiriyyəti" PHŞ

Zərdab rayonunun Dəkkoba kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması tədbirləri

9 287 306 AZN

10.08.2026

 

 

2

“Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" PHŞ

Laçın şəhərində yeni yaşayış məhəlləsinin tikintisinin təşkili

41 266 444 AZN

12.05.2026

 

 

CƏMİ 2026 - 50 513 750 AZN

 

 

3

"Tikilməkdə olan Obyektlərin Müdiriyyəti" PHŞ

"Arpaçay sağ sahil" və "Arpaçay sol sahil" magistral kanallarının yenidən qurulmasının həyata keçirilməsi

46 357 997 AZN

16.12.2025

 

 

4

"Tikilməkdə olan Obyektlərin Müdiriyyəti" PHŞ

Sədərək rayonunun Heydərabad qəsəbəsi, Sədərək və Qaraağac kəndlərinin su təchizatı və kanalizasiya sistemləri üzrə yarım qalmış işlərin icrası

7 598 115 AZN

10.12.2025

 

 

5

Ədliyyə Nazirliyinin Pentensiar Xidməti

Əsaslı təmir işlərinin satın alınması

230 401 AZN

18.11.2025

 

 

6

"Su Meliorasiya Xidməti" PHŞ

Babək rayonu Nehrəm qəsəbəsinin torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq üçün Araz çayından qidalanan nasos stansiyaların və təzyiqli boru xəttinin tikintisi” nin satınalınması

28 740 001 AZN

28.01.2025

 

 

CƏMİ 2025 - 82 926 514 AZN

 

 

7

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi

"Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması"nın satınalınması

12 430 028 AZN

29.12.2024

 

 

8

Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu

Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 88 fərdi yaşayış evinin tikintisi

13 818 845 AZN

24.07.2024

 

 

CƏMİ 2024 - 26 248 873 AZN

 

 
  

YEKUN - 159 689 137 AZN

  
  

 

024-cü ildə isə Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi ilə şirkət arasında 12 milyon 430 min manatlıq, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu ilə şirkət arasında 13 milyon 818,8 min manatlıq satınalma müqavilələri imzalanıb.

Ümumi olaraq, «Hovers Group» MMC 8 müxtəlif dövlət qurumundan 159 milyon 689,1 min manatlıq sifariş alıb.


Tarix: Dünən, 18:44
Xəbəri paylaş



Xəbər lenti