50-60 milyonluq tenderin qalibi öz şirkəti (PDL MMC) olub-İLGİNC DETALLAR

Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib?-50-60 milyonluq tenderin qalibi öz şirkəti (PDL MMC) olub-İLGİNC DETALLAR
ADSEA-nın aparat rəhbəri Fuad Quliyevlə bağlı diqqət çəkən korrupsiya faktları ortaya çıxıb.

Denmedia.az-ın qaynar xəttinə daxil olan məlumatda bildirilir ki, yeni struktur formalaşan kimi aparat rəhbəri köhnə ənələrini daha da aktivləşdirib.

Belə ki, Bakı və ətraf ərazilərdə, eləcədə regionlarda idarə rəisləri işdən çıxarıldıqdan dərhal sonra onların yerinə öz yaxınlarını və maddi maraq qarşılığında tanışlarını yerləşdirməyə başlayıb.

Digər bir məlumatda isə bildirilir ki,Yasamal rayon su idaərisinin rəisi Sərxan Orucov, İri Şəhərlərin birləşmiş Su təchizatının rəisi Tahir Xəlilovun xalası oğludur.

Bu təyinat Fuad Quliyevin nəzarəti altında həyata keçirilib.

Fuad Quliyevin qardaşı gəlini isə ADSEA də- İctimayətlərlə Ələqalər deportamentində idarəecidi və çağrı mərkəzinin rəhbəri təyin edilib.

Ən diqqət çəkən məqamlar isə daha dəhşətlidir. Fuad Quliyevin küllü miqdarda Dövlət vəsaitlərinin qısa vaxt ərzində necə talan edildiyinə dair iddialarda var.

Məlumata görə, Zakir Quliyev hələ Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin rəhbərliyi dövründə sistemdə müavin vəzifəsində çalışarkən əsas korrupsiya mexanizmlərinin icraçılarından biri olub: "Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yaradıldıqdan sonra Zakir Quliyev vəzifəsindən uzaqlaşdırılıb. Lakin bu uzaqlaşdırma uzun çəkməyib. Məlumata görə, ADSEA-nın aparat rəhbəri, ABU-nun saxta diplomlu “məzunu” kimi təqdim olunan Fuad Quliyev, şəxsi maraqlarının təmin olunması şərti ilə Zakir Quliyevi yenidən Regional Su və Meliorasiya Xidmətinə rəis təyin etdirib. Məhz bu təyinatdan sonra sistem daxilində başqa bir diqqətçəkən proses başlayıb. Belə ki, Fuad Quliyevin adı ilə əlaqələndirilən “PDL MMC" Regional Su və Meliorasiya Xidmətinin keçirdiyi tenderlərin böyük əksəriyyətinin qalibi olub. Qeyd olunur ki, sözügedən şirkət vasitəsilə ildə azı 50 milyon manatlıq dövlət tenderi “udulur”. Tenderlərin necə və hansı şərtlərlə keçirildiyi isə ciddi suallar doğurur".

Hər kəsi düşündürən sualalrdan biri isə budur. ADSEA-nin rəhbəri Zaur Mikayılovun bu talançılıqdan xəbəri varmı? Varsa bəs nə üçün Fuad Quliyev hələ də aparat rəhbəridir?

Mövzuya yenidən qayıdacağıq…

Nizami Rəsulov

Denmedia.az
Tarix: Bu gün, 08:33
Xəbəri paylaş



Xəbər lenti