
Nizamnamə kapitalı cəmi 10 AZN olan "ATROPATENA TUR" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə borclu olduğu məlum olub.
32gun.az-ın məlumatına görə, hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov, ev 2, m. 19 olan şirkətin hazırda dövlətə dəqiq olaraq 15.884,05 AZN vergi borcu yaranıb.
Qanuni təmsilçisi Ağa Rza Cəlilov Hüseyn Qulu oğlu olan şirkətin minimal kapitalla fəaliyyət göstərib büdcəyə bu qədər borc saxlaması diqqət çəkir.