FHN 10 ədəd yanğınsöndürən alır – Satışı Xanlar Fətiyevin rəhbər olduğu zavod həyata keçirəcək



Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsi 10 ədəd yanğınsöndürən və 11 ədəd müxtəlif təyinatlı texnika malları alır.

 

Pravda.az-ın xəbərinə görə, İdarə bu məqsədlə 7 180 281 AZN xərcləyəcək.

 

Satışı isə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi həyata keçirəcək.

 

İdarə və Zavod müqavilə bağlayıb. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Zavodun direktoru Əliyev Amin Allahverdi oğludur. Müşahidə Şurasının sədri isə deputat Xanlar Fətiyevdir.


Tarix: Bu gün, 11:14
Xəbəri paylaş



Xəbər lenti