İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə “GÜVƏN LUX” arasında milyonluq tender

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsi təsərrüfat sahəsi üçün lazım olan mal-materialların satın alınması üzrə tender yekunlaşdırıb. 

Bizimesr.com bildirir ki, milyona yaxın dəyəri olan (993.020,74 AZN) tenderi "GÜVƏN LUX" Məhdud Məsuliyyətli Cəmiyyəti əldə edib. 

Tender çərçivəsində müxtəlif təsərrüfat avadanlıqları və materialların alınması planlaşdırılır. Siyahıda əl arabası, baltalar, müxtəlif növ bellər və digər alətlər yer alır. Məsələn, 70 ədəd əl arabası, 300 ədəd balta, 2,000 ədəd bel (çalov), 3,000 ədəd düz bel və digər məhsullar satınalma planına daxildir. 

Qeyd edək ki, rəsmi mənbələrdə “GÜVƏN LUX” Məhdud Məsuliyyətli Cəmiyyəti qanuni təmsilçisi Elmar Həmidov Ramiz oğlu göstərilib.

Tarix: Bu gün, 20:40
Xəbəri paylaş



Xəbər lenti