"Kronizm (ingilscə crony-yaxın dost) nədir? "Kronizm, biznesdə və siyasətdə şəxsi əlaqələrə (qohumluq,dostluq , sadiqlik , tanışlıq vəs.) görə insanların peşəkarlığı nəzərə alınmadan sürətlə irəli çəkilməsi, varlanması, bizness imkanları əldə etməsi və yüksək vəzifələrə yerləşdirilməsidir. Yəni vəzifələr və imkanlar peşəkarlığa görə deyil, şəxsi münasibətlərə görə verilir. Nepotizmdən fərqli olaraq, burada təkcə qohumluq deyil, dostluq, tanışlıq və yaxın çevrə əlaqələri də rol oynayır. Deputatlardan birinin təbirincə desəm, belə hallar cəmiyyətdə narazılıq yaradır, sosial ədalət hissini zəiflədir və insanların dövlətə olan inamını azaldır. Kronizm bəzi nazirliklərdə, şirkətlərdə, agentliklərdə adi hal alıb. Açıq-aşkar, hətta fəxarətlə bu hərəkatı genişləndirirlər..."
"DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında keçmiş deputat Etibar Əliyev yazıb.O daha sonra fikrini belə davam etdirir: "Kronizm Azərbaycan təhsil sistemini iflic vəziyyətə salıb. Elm və təhsil naziri Emin Əmrullayev yaxın dostu, əvvəllər ƏIi Həsənova məxsus olan "Kaspi" kursunda birgə işlədiyi Elnur Əliyevə (fiziki cəhətdən qüsurludur) iki böyük vəzifə verib. O, həm Emin Əmrullayevin müşaviri, həm də Təhsil İnstitutunun direktoru vəzifəsini icra edib. Layihələrə ayrılan 100 milyonlarla manat vəsait bu institutda dost -tanışa pay kimi verilir.2024-cü ilədn indyə kimi Bakı şəhəri üzrə təhsil idarəsinin müdiri vəzifəsini Beynəlxalq hüquq üzrə mütəxəssis Nərminə Hüseynova müvəqqəti icra edir. Ona görə müdir təyinatı həyata keçirilmir ki, o vəzifənin də icrasını nazir üzrənə götürüb. Bunun adı ələ salmaqdır.E. Əmrullayev Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyində ümumtəhsil şöbəsinin müdiri vəzifəsinə (sonra Agentliyin rəhbərinin müavini oldu) "Azərşəkər" MMC də satış meneceri işləmiş Arslan Hacıyevi, Ümumtəhsil siyasəti və dərsliklər şöbəsinə isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əməkdaşı olmuş Çapay Məmmədovu təyin edib.Kronizm davam edir…

Emin Əmrullayev Elm və təhsil nazirliyində təhsilin iqtisadiyyatı şöbəsinə müdir vəzifəsinə təyin etdiyi İlqar Bayramlı Ağsu rayonunda fəaliyyət göstərən "Azgranata" MMC-də Maliyyə departamentinin direktoru vəzifəsində işləyib. Bu şəxs Elm və təhsil nazirinin müavinlərindən birinin yaxın dostudur və "Azgranata"da birgə işləyiblər. Az müddətdən sonra həmin İlqar Bayramlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin olundu.Kronizm iri addımlarla irəliləyir...Təhsil institutuna direktor müavini təyin olunan Kənan Kərimli "Astaraçay" MMC-də şöbə müdiri vəzifəsində işləyib.Təhsil İnstitunda Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinə direktor təyin olunan İbrahim Baxışlı "Azgranata" MMC-də Proqnozlaşdırma və təhlil şöbəsinin müdiri vəzifəsindən təhsil sisteminə adlayıb.Nazirlikdə Qrant layihələrindən mənimsəmələrin başında duran Aparat rəhbərinin müavini Elvin Rüstəmov və təhsildə inormasiyalaşmanın bərbad vəziyyətə salan Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəhbəri Vüsal Xanlarov Emin Əmrullayevin yaxın dostlarıdır..."