İcra başçısı Birinci Qarabağ müharibəsi əlili Daşqın Əliyevi ziyarət edib


Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov rayon Polis şöbəsinin rəisi Rüfət Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Qapanlı kəndində Birinci Qarabağ müharibəsinin ikinci qrup əlili Əliyev Daşqın Yusif oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsinin əlili Əliyev Daşqın Yusif oğlu 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə yaralanmışdır. Ona dövlət tərəfindən II qrup əlillik təyin edilmiş, mənzil və avtomobillə təmin olunmuşdur.

Qarabağ müharibəsi əlili şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.

Tarix: Dünən, 22:25
Xəbəri paylaş



Xəbər lenti