Rayon rəhbəri mülki şəhidlər Xaliq və Elşən Abbasov qardaşlarının ailəsini ziyarət edib


Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Poladlı kəndində mülki şəhidlər Xaliq və Elşən Abbasov qardaşlarının ailəsində olub, ailənin qayğıları ilə maraqlanıb. 

Görüşdə Vətən "Azərbaycan Bayrağı" ordenli Salahov Elnurun atası Elbru Salahovda iştrak edib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində də təcavüskar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozaraq yaşayış məntəqələrimizi atəşə tutub, dinc sakinlər həlak olub, yaralanıblar. Belə ailələrdən biri də Abbasovlar ailəsidir. 2020-ci ilin sentyabr ayının 29-da erməni təxribatçılarının rayonun Şıxarx qəsəbəsini atəşə tutması nəticəsində Abbasovlar ailəsi bir gündə iki oğlunu Xaliq və Elşəni itiriblər, xeyli insan isə xəsarət alıb. Bu erməni vəhşiliyinin daha bir təzahürüdür. Şəhid olan Xaliqin 41, Elşənin isə 35 yaşı var idi.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minətdarlıqlarını bildiriblər.

Tarix: Dünən, 22:59
Xəbəri paylaş



Xəbər lenti