Yevlax Şəhərində yarım milyonluq tender

Yevlax Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Yevlax Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi şəhər ərazisində abadlıq işlərinin həyata keçirilməsi məqsədilə irimiqyaslı tender elan edib.

32gun.az bildirir ki, layihə çərçivəsində görüləcək işlərin ehtimal olunan ümumi qiyməti 424.712,00 AZN məbləğində müəyyən edilib.

Bu satınalma proseduru şəhərin infrastrukturunun yenilənməsi, küçə və meydanların estetik görünüşünün yaxşılaşdırılması, habelə sakinlərin rahatlığı üçün nəzərdə tutulan digər abadlıq tədbirlərinin icrasını təmin edəcək.

Qeyd edək ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı  Anar Tağıyevdir

Tarix: Bu gün, 11:04
Xəbəri paylaş



Xəbər lenti